Əsas Səhifə > Güney Press / Manşet > YEVLAXIN İCRA BAŞÇISI PA-YA VƏZİFƏYƏ GƏTİRİLİR
YEVLAXIN İCRA BAŞÇISI PA-YA VƏZİFƏYƏ GƏTİRİLİR18-04-2013, 16:17 |
|
DİA.AZ: - Yaxın günlərdə Yevlax rayonunda rəhbər dəyişikliyi baş tutacaq. Bu barədə DİA.AZ-a hökumət içindəki etibarlı mənbə xəbər ötürüb Mənbə bildirir ki, 10 ulə yaxındır ki, Yevlaxın icra başçısı postunu tutan Qoca Səmədova Prezident Administrasiyasında yüksək vəzifə verilir: “Bu səbədən onu indiki vəzifəsindən alırlar. Hələlik Yevlaxa kimin göndəriləcəyi və indiki başçının PA-da hansı vəzifə tutacağı məlum deyil. Onu da bildirək ki, Qoca Səmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı hesab olunur. Və əgər deyilənlər baş verərəsə, o zaman PA-da FHN şefinin kadrı ilk dəfə olaraq vəzifə tutumuş olacaq. Qeyd edək ki, Səmədov Qoca Çərkəz oğlu 13 oktyabr 1959 –cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1966-1976-ci illərdə M.Ə. Sabir adına 2 в„–-li şəhər orta məktəbində təhsil almışdır. 1976 1977 –ci illərdə Yevlax şəhər 7в„– -li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləmişdir. 1977-ci ildə C. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş, 1982 –ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis –texnoloq ixtisasına yiyələnmişdir. 1982 -ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlamışdır. 1982-1984-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1985-1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996 -2004 –cü illərdə Yevlaxdakı “Qafqaz” Kooperativinin sədri işləmişdir. 2004 -2005 –ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışmışdır. 2005 -2006 –cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006 -2011 –ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli 1345 saylı Sərəncamı ilə Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. 2004 –cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir. 2 övladı var. Geri qayıt |