Əsas Səhifə > Cəmiyyət, Manşet > İCRA BAŞÇISI HƏBSDƏ YATMIŞ ŞƏXSƏ VƏZİFƏ VERİR

İCRA BAŞÇISI HƏBSDƏ YATMIŞ ŞƏXSƏ VƏZİFƏ VERİR


18-04-2013, 12:22
İCRA BAŞÇISI HƏBSDƏ YATMIŞ ŞƏXSƏ VƏZİFƏ VERİR
QULAM ƏLƏKBƏROV HAQDA YENİ FAKTLAR

DİA.AZ: - Dünən adı bir sıra qalmaqallarda və cinayət hadisələrində hallandırılan iş adamı Qulam Ələkbərov və onun yaxın çevrəsilə əlaqədar ilginc faktları diqqətinizə çatdırmışdıq və bildirmişdik ki, bu yöndəki araşdırmalarımız davam edir.

Qeyd edək ki, həm nəqliyyat naziri Ziya Məmmədova yaxın bir şəxs kimi tanınan və həm də zamanında hazırki hakimiyyətə qarşı qaldırılan qiyamda addı hallandırılan Qulam Ələkbərovun bu günlərdə Ukraynada Azərbaycan diasporasının tanınmış simalarından biri - İqbal Mahmudovun qətlində sifarişçi rolunu oynadığı da mətbuatda xəbər şəklində yayıldı.

DİA.AZ bildirir ki, kifayət qədər böyük şəbəkəyə və əhatə dairəsinə malik olan Qulam Ələkbərov bu gün əslində kriminal aləmlə dövlət məmurları arasında bir bağ rolunu da oynayır ki, onun bu işdə çox maraqlı gedişləri də diqqətləri cəlb edir.

Məlumatlı mənbənin DİA.AZ-a söylədiyinə görə, Qulam Ələkbərovun bu şəkildə təsir dairəsi əldə etməsinin əsas səbəblərindən biri də onun əlində bir sıra məmurlara qarşı şantaj xarakterli ifşaedici materialların olmasıdır. Mənbə iddia edir ki, həmin materiallar müxztəlif üsullarla əldə olunur.

Mənbəmizin iddialarına görə, bu gün adı mətbuatda bir çox qalmaqallarda hallandırılan Goranboy rayonunun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin himayədarı da elə Qulam Ələkbərovdur. Xatırladaq ki, bu barədə dünənki materialımızda da geniş bilgilər vermişdik. Qaynağın iddialarına görə, Qulam Ələkbərova sədaqətini nümayiş etdirmək üçün Nizaməddin Quliyev bu günlərdə onun həbsdə olmuş qardaşını Goranboy rayon yol istismar idarəsinə rəis müavini təyin etdirib.

Onu da bildirək ki, bu mübhəm əlaqələrlə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə hər kəsi şoka salacaq faktları diqqətinizə çatdıracağıq. Portalımız qarşı tərəfin mövqe ifadəsi üçün də hər zaman şərait yaratmağa hazırdır.

Geri qayıt