Əsas Səhifə > Partiya > GƏNCƏDƏ DİNDARLARIN AKSİYASI DAĞIDILDI
GƏNCƏDƏ DİNDARLARIN AKSİYASI DAĞIDILDI5-12-2011, 14:04 |
500-Ə YAXIN DİNDAR YÜRÜŞ KEÇİRMƏK İSTƏYİB Hər il olduğu kimi bu ildə Gəncə ərazisində məhərrəmlik ayı ilə bağlı dini mərasimlər qeyd olunur. Lakin Elmar Vəliyev Gəncə şəhərinə icra başçısı təyin olunandan sonra, Gəncədə dini dəyərlərə qarşı olan basqılar və bu mərasimlərin keçirilməsinə qarşı təzyiqlər artıb. Məhərrəm ayının 9-u Tasua günündə hər il olduğu kimi bu ildə yürüş etmək istəyən 500-ə yaxın Gəncə dindarı polis zorakılığı ilə üzləşib. Bu barədə Gəncə dindarları məlumat veriblər. Gəncə dindarlarının verdiyi məlumata görə, bu gün səhər 500-ə yaxın dindar yürüş keçirtmək üçün Qazaxlar məscidinə yığışıb. Məscidin həyətinə toplaşan dindarlar, polis dəyənəkləri ilə dağıdılıblar. Bundan sonra məscidin həyətindən dağıdılan dindarlar, 16 nömrəli məktəbin həyətinə toplaşıblar. Bir neçə nəfər mülki geyimli polis əməkdaşı məktəbin həyətinə gələrək 2 nəfər inanclını vuraraq oradan uzaqlaşdırıblar. Ərazidə olan dindarlardan bir neçə nəfərini tutaraq polis bölməsinə aparıblar. Lakin bunlara baxmayaraq şəhərin mərkəzində pərakəndə şəkildə yürüşlər keçirilib. Eyni halda Şah Abbas məscidinə də toplanan dindarlar saxlanılaraq polis bölməsinə aparılıblar. Polislər bildiriblər ki, gedin şəhərin kənarından İmamzadəyə doğru yürüş edin, onsuzda şəhərin mərkəzində yürüş etməyə icazə verməyəcik. Dindarlar hazırda əzadarlıq üçün İmamzadəyə yollanıblar." Gəncə dindarları həmçinin bildirdilər ki, "polislər İmamzadəyə gələrək bayraqları və şüarları söküb aparıblar. Ruhanilərimizə tapşırıblar ki, sizi əzadarlıq məclislərində görsək həbs edəcəyik.” Xatırladaq ki, hər il Gəncə şəhərində Tasua və Aşura mərasimləri böyük izdihamla qeyd edilir. Elmar Vəliyevin Gəncə şəhərinə icra başçısı təyin olunandan bəri Gəncədə dindarlara qarşı təzyiqlər artıb. Geri qayıt |