Əsas Səhifə > Hadisə > "QUM BAZARI"NDA 14 YAŞLI OĞLAN ÖLDÜ

"QUM BAZARI"NDA 14 YAŞLI OĞLAN ÖLDÜ


18-04-2013, 10:41
"QUM BAZARI"NDA 14 YAŞLI OĞLAN ÖLDÜ
GƏNCİ ELEKTRİK CƏRƏYANI VURUB

Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsindəki 1 May yaşayış massivinin arxasında “Qum bazarı” adı ilə tanınan ərazidə 1999-cu il təvəllüdlü Dövlətəliyev Orxan Oqtay oğlunu elektrik cərəyanı vurub. Hökməli kənd sakini olan yeniyetmə hadisə yerindəcə keçinib.

Faktla əlaqədar rayon prokurorluğunda araşdırma aparılır.

Geri qayıt