Əsas Səhifə > Hadisə > ORDUMUZDA DAHA BİR FACİƏLİ OLAY

ORDUMUZDA DAHA BİR FACİƏLİ OLAY


18-04-2013, 10:26
ORDUMUZDA DAHA BİR FACİƏLİ OLAY
ƏSGƏR İKİ ƏSGƏR YOLDAŞINI GÜLLƏLƏYİB

Azərbaycan Ordusunun iki əsgəri yaralanıb.

APA-nın məlumatına görə, hadisə Ağdamda qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Səbuhi Osmanlının tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşları - 1994-cü il təvəllüdlü Elşad Hətəmov və Mövlud Murtuzəliyevə dəyib. Nəticədə güllə yarası alan hər iki əsgər hospitala yerləşdirilib.

İlkin məlumata görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib.

Qeyd edək ki, E. Hətəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron, M. Murtuzəliyev isə Zaqatala rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıblar.

Geri qayıt