Əsas Səhifə > Cəmiyyət > GÖZLƏNİLMƏZ TƏYİNAT

GÖZLƏNİLMƏZ TƏYİNAT


5-12-2011, 13:41
GÖZLƏNİLMƏZ TƏYİNAT

QORXMAZ ƏLİLİYƏ AMEA-DA VƏZİFƏ VERİLDİ

Aktyor Qorxmaz Əlili AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, Kino və Televiziya şöbəsinin müdiri təyin edilib.

APA-nın məlumatına görə, aktyor bu vəzifəyə ötən həftələrdə Rəyasət Heyətinin qərarı ilə təyin olunub.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi katibi Vüqar Kərimov APA-ya bildirib ki, Qorxmaz Əlilinin təyinatı noyabrın 25-də olub.

Qeyd edək ki, teatrşünas İnqilab Kərimov bu il iyulun 22-də vəfat etdikdən sonra şöbə müdiri vəzifəsi boş idi.

Geri qayıt