Əsas Səhifə > Güney Press / Manşet > NEFTÇALADA FIRTINA QABAĞI ÖLÜM SÜKUTU

NEFTÇALADA FIRTINA QABAĞI ÖLÜM SÜKUTU


17-04-2013, 15:06
NEFTÇALADA FIRTINA QABAĞI ÖLÜM SÜKUTU
DİA.AZ: - Neftçalaya səfərim məndə gözləmədiyim təəssürat yaratdı. Sanki bura vaxtilə işğala məruz qalıb, təzə-təzə bərpasına başlanılıb. Şəhərin asfalt yollarından danışmağa belə dəyməz- elə bil ANAMA burda minaları yenicə təmizləyib: hər tərəf çala-çuxurdu...

Əhali problemlər məngənəsində sıxıldığı bir vaxtda, İcra Hakimiyyəti yeni inzibati bina tikməklə məşğuldur. Balaca padşahın indiki binası, onun yanında olan abidə “plana düşüb.”

Adını daşıdığı, amma abidəsi olmayan Hüseyn Cavid parkı bərbad görkəmdədir. Sakinlər bildirir ki, həmin istirahət məkanını rayonun o vaxtkı rəhbəri İbrahim Qurbanov inşa etdirib. Elə nə edibsə o edib- 1979-cu ildən bəri təmir görməyib.

“Axmaz göl” adlanan, vaxtilə avarçəkmə kompleksi kimi istifadə edilən Kür çayının bu qolu indi epedemiya mənbəyinə çevrilib.

Mərkəzi xəstəxananın giriş qapısının sağ və sol tərəflərində aptek fəaliyət göstərir. Xəstəxananın içərisi isə bərbaddır. Bütün blokları gəzdik, nə tibb personalına, nə də xəstəyə rast gəldik. Xəstəxanada adi əl-üz yumağa, içməyə su krantı belə yoxdur.

Şəhər mehmamxanasında isə it-pişıkdən başqa bir canlıya rast gəlmədim.

Neftçala aqrar rayon olduqğu üçün “Aqrolizinq”lə də maraqlandım. Büdcə vəsaiti hesabına yaxın zamanlarda alınan taxıl kombaynlarını görəndə lap ürəyim ağrıdı. Biçinə 2 aydan da az vaxt qalıb, bu da onların halı...

Kimə zəng edib harada olduğunu soruşdumsa, çayxanada olduğunu dedi. Çayxanalarda adam əlindən tərpənmək olmur- ilin-günün bu çağında işsiz insanlar dərd-sərlərini unutmaq üçün stol arxasında zər atır, daş düzür. \ infom.az \

Geri qayıt