Əsas Səhifə > Ölkə, Manşet > ELŞAD ABDULLAYEVİN HƏBSİ XƏBƏRİ YAYILDI
ELŞAD ABDULLAYEVİN HƏBSİ XƏBƏRİ YAYILDI17-04-2013, 11:01 |
YAYILAN XƏBƏRDƏ QƏRƏZİN OLDUĞU DEYİLİR DİA.AZ: - Bu gün səhər saatlarında «Facebook» sosial şəbəkəsində müxtəlif profillərdən keçmiş ABU rektoru Elşad Abdullayevin Fransa polisi tərəfindən saxlanılması xəbəri yayılıb. DİA.AZ bildirir ki, xəbərdə həmçinin Elşad Abdullayevin həbsinin Azərbaycan tərəfinin istəyinə uyğun olaraqi həyata keçirildiyi söylənilir və yaxın vaxtlarda keçmiş rektorun Bakıya gətiriləcəyi bildirilir. Bununla bağlı DİA.AZ olaraq keçmiş rektorun Bakıdakı yaxınları ilə əlaqə saxladıq. Redaksiyamıza bildirildi ki, Elşad Abdullayevin həbsi barədə deyilənlər həqiqətə uyğun deyil və burada maraqlı qüvvələrin qərəzi var və başqa bir araşdırmanı aparmağa ehtiyac yoxdur. Qeyd edək ki, Elşad Abdullayev bir neçə aydır ki, itkin düşmüş qardaşı ilə bağlı müxtəlif video çəkilişləri açıqlaması ilə diqqətə gəlməkdədir. Keçmiş rektorun əsas hədəflərindən birinin isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin olduğu faktdır. Geri qayıt |