Əsas Səhifə > Siyasət, Manşet > DEPUTATIMIZIN ERMƏNİ DIĞASI İLƏ ŞOK DİALOQU

DEPUTATIMIZIN ERMƏNİ DIĞASI İLƏ ŞOK DİALOQU


17-04-2013, 10:38
DEPUTATIMIZIN ERMƏNİ DIĞASI İLƏ ŞOK DİALOQU
HAYKO QƏNİRƏ PAŞAYEVANIN ƏLİNİ ÖPƏRKƏN NƏ DEDİ?

DİA.AZ: - Millət vəkili Qənirə Paşayeva İstanbulda erməni əslli Türkiyə vətəndaşı olan Hayko bir mükafat təqdimetmə mərasimində görüşüb. DİA.AZ bildirir ki, bu barədə gunxeber.com xəbər yayıb. Məlumata görə, Türkiyənin ən məşhur qəzetlərindən olan “Hüriyyet” bu görüş barədə xəbəri “İstanbulda sürpriz açılım” başlığı ilə manşetdən yayınlayıb.

Həmin xəbərdə bildirilir ki, magazinci.com internet saytının “İlin Ən Yaxşıları” mükafat mərasimində “Həyat Boyu Qürur Mükafatı” alan müğənni Haykonu “erməni əslli Türkiyə Cümhuriyyəti vətəndaşıyam. Türk vətəndaşı olmaqdan qürur duyuram ” sözləri böyük alqışla qarşılanıb.

Azərbaycan ilə Ermənistan arasında yaşanan problemə də toxunan Hayko “Amma mən Qənirə xanımın əlini sıxmağa hazıram” deyib. Q. Paşayeva da masasına qədər gələn müğənninin dostluq əlini sıxrakən salondan yenə alqış səsləri yüksəlib.

Beynəlxalq Dostluq və Barış Mükafatını alan Qənirə Paşayeva Haykonu təbrik edərək ona bu mesajları verib: “Biz döyüşü gördük, sülhün nə qədər qiymətli olduğunu bilirik. Siz də qiymətini bilin”.

Millət vəkili çıxış edərək Hayko Tataryan ona əl uzatması barədə danışaraq deyib: "Bizim millətimiz heç bir zaman ona uzanan əli geri çevirməyib. Amma barış sizin mənə uzatdığınız əllə yarana bilməz. Barışın yarana bilməsinin başlanması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə dönməlidir. Yüz minlərlə insan 20 ildən artıqdır ki öz evinə dönə bilmir. Bunun nə qədər böyük bir faciə, ağrı-acı olduğunu hər bir insan milliyyətindən və dinindən asılı olmayaraq anlamalıdır. Sizin kimi Türkiyə əsilli erməni sənətçilər Ermənistana və oradakı erməni xalqına bu gün burada səsləndirdiyiniz fikirləri geniş şəkildə tez-tez çatdırmanız lazımdır. Mən elə bu səhnədə yanımda dayanmış və 2 dəfə özünün məşhur siyasət proqramı verilişində ermənilərlə Azərbaycan türklərinin Dağlıq Qarabağ problemi ilə bağlı televiziya müzakirəsini təşkil etmiş tanınmış jurnalist, Ali Kırca bəyə də müraciət edərək onun yenidən belə bir proqram təşkil etməsini və sizi də oraya dəvət etməsinə çağırırıam. Çox istəyərdim ki, siz bu gün bu səhnədə səsləndirdiyiniz fikirləri və səhnədə mənim yanıma gələrək mənə əl uzadaraq dediyiniz sözləri o proqramda da Ermənistandakı xalqınıza üz tutaraq söyləsiniz.Sizin sözləriniz onlara özünün müəyyən təsirlərini göstərə bilər. Mən bu səhnədən bütün tədbir iştirakçılarına üz tutaraq demək istəyirəm: Milli kimliyindən və inancından asılı olmayaraq gerçəkdən də insanlığın və ədalətin yanında olanlar öz evinə dönə bilməyən 1 milyon azərbaycanlının ağrı-acısına, onların torpaqlarının işğal altında qalmasına laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır".


DEPUTATIMIZIN ERMƏNİ DIĞASI İLƏ ŞOK DİALOQU
Geri qayıt