Əsas Səhifə > Ölkə, Manşet > SƏLİM MÜSLÜMOVUN İLGİNC PENSİYA MAXİNASİYASI

SƏLİM MÜSLÜMOVUN İLGİNC PENSİYA MAXİNASİYASI


16-04-2013, 14:03
SƏLİM MÜSLÜMOVUN İLGİNC PENSİYA MAXİNASİYASI
DSMF-DƏ YUBANAN PULLAR BÖYÜK PULA ÇEVRİLİR

DİA.AZ: - Redaksiyamıza Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətiylə bağlı ilginc məlumatlar daxil olub. Nazirlər Kabinetinə yaxın mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, DSMF xətti ilə bu gün ölkədə böyük maliyyə maxinasiyaları həyata keçirilir.

Mənbənin DİA.AZ-a bildirdiyinə bu gün pensiyalar DSMF sədri Səlim Müslümovun əsas qazanc yerlərindən biridir: «Diqqət yetirin, pensiyaların verilməsində əksər hallarda yubanmalar olur və bununla bağlı dəqiq tarix məlum deyil. Ən acınacaqlı və gülməli vəziyyət isə odur ki, hər bayram ərəfəsində DSMF adından mətbuata utanmadan belə bir məlumat da ötürülür ki, bəs bayramla əlaqədar pensionerlər pullarını vaxtında ala biləcəklər. Bu, əslində dəhşətdir, həm də böyük cinayətlərdən xəbər verir».

Mənbəmiz iddia edir ki, DSMF-nin pulları yubatmasının əsas səbəbi pensiyaların banklarda dövriyyəyə buraxılmasıdır: «Bu, Səlim Müslümovun qeyri-leqal biznesidir. Təbii ki, ortada ciddi şəriklər var. Amma DSMF rəhbərliyinin bu işdən xəbərsiz olduğunu deyən varsa, yanılır».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Yenə də pensiyaların, ayrı-ayrı müavinətlərin verilməsində yubanmalar var. Məlum olur ki, maliyyə nazirliyi vəsaiti ayırıb. Amma nədənsə pullar kartlara köçmür və yaxud da vətəndaşlara, təyinatı üzrə ünvanlara çatmır. DSMF rəhbərliyi bu məsələdə də uyanıqlıq nümayiş etdirir. Məsələn, prezidentin səfər etdiyi rayonlarda əhalinin bu kimi problemləri həll olunur, prezidentin səfərindən bir gün əvvəl pensiyalar verilir».

Məsələ ilə əlaqədar bütün aidiyyatı şəxsləri dinləməyə hazırıq.

Geri qayıt