Əsas Səhifə > Hadisə > "SEMAŞKO"DAN NARAZILIQ VAR

"SEMAŞKO"DAN NARAZILIQ VAR


16-04-2013, 11:58
"SEMAŞKO"DAN NARAZILIQ VAR
Bakı şəhər 1 saylı Şəhər Klinik Xəstəxanasının Travmatologiya şöbəsi boşalır. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb xəstələrin müalicə proesesindən razı qalmamasıdır: “Xəstəxananın Travmatalogiya şöbəsində yatan xəstələrin öz müalicələrini yarımçıq qoyaraq özəl xəstəxanalara üz tutması tendensiyası sürətlə genişlənməkdədir. Buna səbəb xəstə və xəstə yaxınlarının tramataloji şöbədəki müalicənin keyfiyyətindən razı qalmamasıdır. Artıq uzun müddətdir ki, “Semaşko” yollarında qalan xəstə yaxınları hesab edir ki, xəstələrini palatadan, özlərini isə xəstəxana yollarından qurtarmağın yeganə yolu özəl klinikalardır. Məlum klinikalarda müalicənin pullu olmasına rəğmən effektiv olduğunu bildirən xəstə yaxınlarının fikrincə, bu, onlara dövlət xəstəxanasındakı müalicədən qat-qat ucuz başa gəlir. “Semaşko”da xəstəxana həkimlərinin səriştəsizliyi, müalicənin effektsizliyi səbəbilə ikiqat xərcə düşdüklərini, illərlə xəstəxana yollarında qaldıqlarını bildirən xəstə yaxınları özəl klinikaların daha məqsədəuyğun olduğu qənaətindədir. Bu niyyətlə də xəstələrini “Semaşko”dan çıxardaraq özəl xəstəxanalara aparan xəstə yaxınları adıçəkilən xəstəxananın tramatologiya şöbəsinin sürətlə boşalmasına səbəb olur. Xəstə yaxınları bildirir ki, hazırda “Semaşko”nun Travmatalogiya şöbəsində iki qəbildən olan xəstələr müalicə alır ki, onlardan biri xəstəxana yolunda süng olduğu üçün özəl klinikada müalicə almaq imkanına malik olmayan şəxslər, digəri isə dövlət xəstəxanasında müalicənin keyfiyyətsizliyindən xəbərdar olmayan insanlardır”.
Geri qayıt