Əsas Səhifə > Siyasət, Manşet > GENERAL ERASININ QÜRUB TARİXİ BƏLLİ OLDU

GENERAL ERASININ QÜRUB TARİXİ BƏLLİ OLDU


16-04-2013, 11:52
GENERAL ERASININ QÜRUB TARİXİ BƏLLİ OLDU
VAQİF AXUNDOV PREZİDENT SEÇKİLƏRİNDƏN DƏRHAL SONRA İŞİNİ İTİRİR

DİA.AZ: - Neçə müddətdir ki, adı müxtəlif qalmaqallarda hallandırılan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun gediş tarixi bəlli oldu. Xatırladaq ki, onun vəzifəsindən alınacalğı ilə bağlı xəbərlər xeyli əvəldən yayılıb. Və DİA.AZ-ın əldə etdiyi son bilgilərdən belə aydın olur ki, Ramiz Mehdiyev komandasının favorit fiqurlarından hesab olunan Axundovun erası bitmək üzərədir.

Məlumatlı mənbə iddia edir ki, prezident seçkilərindən sonra bir sıra vəzifəli şəxslər görəvləri ilə vidalaşacaq ki, bu da əslində prezident İlham Əliyevin yeni siyasi dönəmə yeni komanda ilə addımlama niyyətiylə birbaşa əlaqədardır: «İlham Əliyev daha çevik və daha mobil bir komanda ilə işləmək niyyətindədir və özünün qurmaq istədiyi komandasını da artıq müəyyən edib».

Mənbəmizin bildirdiyinə görə, həmin komandada daha çox qrup maraqlarına qulluq edən Vaqif Axundova yer yoxdur: «Vaqif Axundov əslində AXC iqtidarının kadrı hesab olunsa da, sonradan mərhum Heydər Əliyev ona etimad göstərib, vəzifəsində saxladı. Və Heydər Əliyevin hakimiyyət dönəmində Vaqif Axundov daha çox öz işi ilə məşğul olsa da, sonradan qrup maraqları onun üçün də cəlbedici olduğundan, bu gün ümumiqtidar prinsiplərinə heç də ayaq uydura bilmir. Məsələn, onun zaman-zaman ayrı-ayrı dövlət məmurlarına qarşı kompramat toplamağa cəhd göstərməsi faktları da mövcuddur ki, bu da yeniləşməkdə olan iqtidar komandasının meyarları ilə daban-dabana ziddir».

Məlumata görə, Vaqif Axundov prezident seçkilərindən dərhal sonra vəzifəsini itirəcək: «Onun yerinə təyin ediləcək şəxsin kimliyi isə məlumdur. Həmin şəxs bu günlərdə general-mayor rütbəsinə layiq görülən Sabir Nağıyevdir».

Bildirək ki, Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Salyan rayonunda anadan olmuşdur. 1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-1994-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil almışdır.
1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı işləmişdir. 1972-1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir.
1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975-1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1992-ci illərdə DİN-də şöbə rəisinin müavini,şöbə rəisi işləmişdir.
1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-2003-cü illərdə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Rəisidir[2].
Azərbaycan SSR Ali Sovetini Rəyasət Heyətinin Fəxri Fərmanı, "Azərbaycan Bayrağı" ordeni və medallarla təltif edilmişdir.
Ailəlidir,1 övladı var.

Geri qayıt