Əsas Səhifə > Gündəm, Manşet > RUSİYA AZƏRBAYCANA CƏHƏNNƏM VƏD EDİR
RUSİYA AZƏRBAYCANA CƏHƏNNƏM VƏD EDİR16-04-2013, 11:20 |
SEÇKİQABAĞI DÖNƏMDƏ RUSİYAPƏRƏST QÜVVƏLƏR DAHA DA FƏALLAŞIB DİA.AZ: - Son günlər bir sıra rayonlarla yenidən narazılıq ab-havası yüksəlməkdədir. Onu da qeyd edək ki, dakha çox narazılıq sədaları şimal bölgəsindən eşidilir ki, bunun da səbəbləri maraqlı məqamlarla izahlanmaqdadır. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbənin bildirdiklərindən belə aydın olur ki, əslində seçkilər ərəfəsində əyalətdəki insanların birdən-birə «ruhlanması», etirazlara meyl «göstərmələri» birbaşa olaraq bu işdə maraqlı olan qüvvələrin fəaliyyətinin nəticəsidir. Mənbənin söylədikləri: «Azərbaycan ərazisində rus və fars xəfiyyə şəbəkələri fəaliyyətlərini artırıblar. Rusiya eyni zamanda Azərbaycanın siyasi düşərgələrindəki adamlarını da fəallaşdırıblar. Artıq Rusiyanı açıq və fəal surətdə müdafiə edən simalar «ictimai qınaq» deyilən nəsnəni belə bir kənara ataraq aşkar surətdə meydan sulayırlar. Məsələn, bu gün Azərbaycana qarşı fəaliyyətləri ilə diqqətə gələn və Kremlin əlində bir alət olmaları şübhə doğurmayan Rusiya Azərbaycan Təşkilatları İttifaqının əsas siması Söyün Sadıqov açıq şəkildə bildirir ki, Rusiya onun vətənidir və Rusiyanın dövlət maraqları onun üçün birinci yerdə gəlir. Və bu da o deməkdir ki, bu adam Rusiya naminə Azərbaycanı qurban verməyə hazırdır. Onun bu fikirlərinə dəstəyi isə Rüstəm İbrahəimbəyov verir. Bunun ardından isə Rüstəm İbrahəimbəyov Qarabağ münaqişəsilə bağlı sualı cavablandırarkən əkrəməylislisayağı mövqe ortaya qoyur. Yəni artıq bu adamların Azərbaycan üçün faydalı olmadıqları göz önündədir. Rüstəm İbrahəimbəyovu, Əkrəm Əylislini kim dəstəkləyir? Açıq şəkildə Eldar Namazov və onun separatçılığa meyilli şəbəkəsi, ara-sıra da siyasi müxalifət. Hər halda, bu kimi meyillər dəfələrlə müşahidə olunub. Və məhz Rüstəm İbrahəimbəyovun hazırki iqtidara qarşı getməsi faktına söykənən siyasi müxalifət hətta onu öz çətiri altına almağa belə hazırdır, onun yaratmağa çalışdığı, «rus pulu»na söykənən Milli Şurası ilə bağlı müzakirələrə belə qatılır. Belə olan şəraitdə Rusiyanın hansı şəkildə Azərbaycanın içlərinə doğru yeridiyi ortalıqdadır. Buna paralel olaraq isə Rusiya Ramiz Mehdiyev şəbəkəsi ilə də iqtidar daxilinldə istədiklərini həyata keçirir. Və qarşıdan gələn prexzident seçkiləri ərəfəsinldə müstəqilləşmə, istənilən bir asılılığı dəf etmə kursu götürən rəsmi Bakını müxtəlif istiqamətlərdən bir məngənə effekti ilə sıxmaqdadır». Mənbəmiz bildirir ki, belə bir qüdrət sahibi olan ruslar Azərbaycanın ayrı-ayrı bölgələrində də iş görürlər: «Elə müxalifətin özü də etiraf edir ki, Eldar Namazovun yaratdığı «El» hərəkatı bu gün əyalətdə siyasi proseslərdən kənarda qalmış vətəndaşları öz ətraflarına cəlb etmək əvəzinə, siyasi müxalifətə aid təşkilatların üzvlərini hədəf kimi seçib, onları öz bayraqları altında təşkilatlandırma kursu götürüblər. Bu işdə isə onlara rusların hərtərəfli, xüsusən də maddi baxımdan dəstək olmaları faktdır». Məlumatı verən qaynaq iddia edir ki, paralel şəkildə Mehdiyevin rayonlardakı şəbəkəsinin də iştirak etdiyi bu proses zasmanı əyalətlərdəki bütün narazılıq nöqtələri müəyyən olunur və süni şəkildə alovlandırılır: «Dəfələrlə olub ki, ayrı-ayrı müəssisə və şirkətlərdə əməkhaqqıları gecikdirilib, ya da ümumiyyətlə verilməyib. Hansısa fırıldaqçı idarə müdirinin səbəbindən əməkhaqqılarını ala bilməyənlərin kütləvi şəkildə meydanlara axışması… Hər halda bütün bunlar təsadüfi deyil və burada katalizator rolunu oynayanlar var». Mənbəmiz əlavə etdi ki, yaxın günlərdə ruslar Azərbaycan üçün növbəti sürprizlər hazırlayırlar: «Hər halda, bunu sezmək də mümkündür. Bu gün Rusiyaya aid siyasi qüvvələr də ayrı-ayrı bölgələrə tez-tez səfərlər edirlər, emissarlar göndərirlər. Və bu barədə mətbuatdan məlumatlar gizli tutulur. Deməli, məram tamam başqadır. Normalda bir təşkilat hansısa bölgədəki fəaliyyətiylə, uğurları ilə bağlı xəbərləri ictimailəşdirir, onları mətbuata ötürür. Amma rusiyapərəst qüvvələr fərqli davranırlar». Mənbəmizin sözlərinə görə, həmin şəbəkə Azərbaycanda Rusiyanın xəttinin hökmran olması üçün hətta təhlükəli təxribatçı addımları belə atmağa hazırdırlar: «Əgər bu adamlar «Qarabağ kimin olubdur - bu tarixi araşdırma tələb edir» ifadəsini işlədəcək səviyyədə Azərbaycandan uzaq düşüblərsə, deməli, onlardan bütün eybəcərlikləri gözləməyinə dəyər». Geri qayıt |