Əsas Səhifə > Gündəm, Manşet > FARS-MOLLA REJİMİ BU DƏFƏ ŞEİR DİLİ İLƏ QATIQLAYIR
FARS-MOLLA REJİMİ BU DƏFƏ ŞEİR DİLİ İLƏ QATIQLAYIR16-04-2013, 09:08 |
ŞAHI DEVİRƏNLƏR NƏDƏN TÜRKMƏNÇAY İŞİNDƏ ŞAHA VARİSLİK EDİRLƏR? DİA.AZ: - Son günlər fars-molla rejimi Quzey Azərbaycan torpaqlarının tamamına iddialı olduğunu nümayiş etdirərək bu istiqamətdə rəsmi fəaliyyətə keçib. Əgər ilk əvvəl bu barədə fars millətçilərinə nökərçilik edən ayrı-ayrı din xadimləri danışırdısa, indi artıq Tehranın rəsmi dövlət nümayəndələri də Azərbaycana qarşı ərazi iddiasını ortaya qoyurlar və bunu gizlətmirlər. Əslində mollaların bu narahatçılığının nədəni aydındır. 50 milyonluq Azərbaycan türkünün regionda öz böyük dövlətini qurma təşəbbüsləri, həmçinin bu xüsusda fars işğalı altında olan Güney Azərbaycan torpaqlarının azadlığı üçün əməli fəaliyyətə keçməsi İrandakı fars-molla rejimini əməlli-başlı çilədən çıxarıb. DİA.AZ bildirir ki, buna görə də molla mətbuatı son bir neçə gündə dövlətimizə qarşı açıq təbliğat kampaniyasına keçib. Bir yandan fars marağına uyğun saxta «tarixi fakt»ları ortaya qoyan molla mirzələri, digər yandan da şeir dili ilə də üzərimizə gəlirlər. DİA.AZ olaraq «arannus» portalında yer almış həmin sərsəmləmələri olduğu kimi diqqətinizə çatdırırıq: «1. Ey Araz, bir dalğa vur dərya kimi tufan elə Zalımın yıx qəsrini, öz başına viran elə. Bir hücum eylə dağıt şeytanların kaşanəsin O fəsad-fitnə qəsrin xak ilə yeksan elə. Bir-birindən sən bu qan qardaşların saldın uzaq Gəl bu sərgərdanların hər müşgülün asan elə. Qazi ol, insafa gəl, hökmü-zaman ver tazədən Qəsb olan torpaqları vabəsteyi-İran elə. Lənət əvvəl şaha ki, verdi badə Azərbaycanı Yada saldıqca o şahı ləən elə, əfğan elə. Fətəlişah eylədi fahiş xəyanət İrana Sən də xidmət göstərib nöqsanları cübran elə. Türkmənçay peymanı bir nəngdir tarixdə Ərzəsiz şahın işin dünyalara elan elə. Keçdi on yeddi şəhər Rusiyanın cəngalınə Bu cinayəti götür, ya da bu gün ünvan elə. Gülüstan peymanı da sındırdı İranın belin Bu işə baislərə Ya Rəbb özün divan elə. Nə Şimali, nə Cənubi? At bu çirkin sözləri Mülki-İrandır təmamən, dünyaya elan elə. Gəl gətir bu millətə azadəlik fərmanını Mülki-İranı səfadə rözeyi-rizvan elə. Ya özün çək bir kənarə, qəsb olan mərzi götür Ya iki ruhu sazişdir, dilləri şadan elə. “Şeyda”nın daim fəraqi-yardan ağlar gözü Göstər əvvəl şuxun cəmalın gül kimi xəndan elə. Yəhya Şeyda 2. Qafqazda 1918-ci ilə kimi heç vaxt Azərbaycan adlanmayan Arazın şimal ərazilərini 20-ci əsrin birinci yarısında və ondan sonra Şimali Azərbaycan adlandırmaq göz yumulası olmayan bir çox problemlər qarşıya çıxartmışdır. Tarixi faktlara, qədim və islami coğrafiyaşünasların qələmə aldığı sənədlərə əsasən, hazırda Azərbaycan adlanan Arazın şimalı Albaniya və Alban olmuşdur. “Strabon” kimi qədim kitabların müəllifləri bu ərazini Albaniya, ermənilər Alvank və Ağvank, iranlılar Aran adlandırıblar. Ərəb və islami mənbələrdə Əlran və Əran kimi işlənib. Güman edilir ki, Parti dövründəki qədim Ərdandan götürülüb. Aran və Şirvan Azərbaycan deyilməzdən qabaq rus çarlığının sənədlərində bir Azərbaycan tanınırdı və o da İran Azərbaycanı və ya həqiqi Azərbaycan idi. 1890-cı ildə (təqribən 122 il öncə) San-Peterburqda çap olunmuş Rusiya ensiklopediyasında belə yazılır: “Azərbaycan pəhləvi dilində Atropatkan, erməni dilində Adərbadkan İranın şimal-qərbi zəngin və sənaye əyalətidir. Azərbaycan cənubdan İranın Kürdüstanına və əcəm İraqa, qərbdən Türkiyə Kürdüstanına və Türkiyə Ermənistanına, şimaldan Rusiya Ermənistanına və Araz çayının böldüyü Cənubi Qafqaza yetişir”. Arazın şimalına Azərbaycan deyilsəydi, sözsüz bu ensiklopediyada İran Kürdüstanı, Türkiyə Kürdüstanı, Türkiyə Ermənistanı, Rusiya Ermənistanı gəldiyi kimi Rusiya Azərbaycanı da gələrdi. 122 il öncə çap olunuş Rusiya ensiklopediyasında gələn məkanların adı və ərazisi, İran Azərbaycanının ad və əraziləridir. Buna əsasən, asanlıqla başa düşmək olar ki, yalnız bir Azərbaycan mövcud olub və o da İran Azərbaycanıdır. İran ərazisini Azərbaycan Respublikası adlandırmaq ilk günlərdən İran vətənpərəstlərinin, o cümlədən mərhum Şeyx Məhəmməd Xiyabani və onun dostlarının bərk etirazına səbəb oldu. Lakin, artıq bu adlandırma baş verdiyindən Xiyabaninin demokrat tərəfdarları İran Azərbaycanının adını dəyişdirməyə və İranın bu əyalətini Azadistan adlandırmağa çalışdılar. Bu mövzu Əhməd Kəsrəvinin qələmə aldığı “Azərbaycanın 17 illik tarixi” kitabında aydın gəlmişdir. Qəribədir ki, bəzi qonşu ölkələrdə bəziləri sədaqət və səmimiyyət yolundan çıxırlar və elə fikirləşirlər ki, İran xalqı həqiqətdən xəbərsizdir. Biz hər şeyi görür və diqqətdən keçiririk. Təbiidir ki, dostluq bir tərəfli ola bilməz. İndi yeri vardır ki, bizim aranlı qardaşlarımız da gözlərini həqiqətə açsınlar və arada olan dostluğu günbəgün möhkəmləndirən bir yol seçsinlər». DİA.AZ onu da bildirir ki, fars-molla mətbuatında eyni zamanda guya ki, mollaların son hücumları fonunda Azərbaycanın dövlət rəhbərliyinin əndişə keçirməsi də qeyd olunub. Hər halda, kimin əndişə keçirdiyi göz önündədir. Az qala fars nökərləri üstümüzə kəndirbazla gəlir ki, bu da Tehranın üfüqdə görünən BÖYÜK AZƏRBAYCAN qorxusunun təzahürü kimi qəbul olunmalıdır. Amma nə illah etsəniz də, Azərbaycan bir olacaq və Başkəndi Təbriz olacaq! Geri qayıt |