Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVA QARŞI ŞOK FAKTLAR
ZİYA MƏMMƏDOVA QARŞI ŞOK FAKTLAR15-04-2013, 17:34 |
![]() DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovla cəmiyyətdə В«HafkaВ» kimi tanınan В«BakıВ» futbol klubunun prezidenti, В«Baghlan GroupВ»un sahibi Hafiz Məmmədovun şərikli böyük bizneslərinin bölüşdürülməsi prosesinə start verilməsi haqda yeni məlumatlar daxil olub. DİA.AZ bildirir ki, bi barədə mia.az portalı xəbər yayıb. Daxil olan məlumatda bildirilir ki, Ziya Məmmədovun В«iqtisadi imperiyasıВ»na rəsmi şəkildə daxil olan və bu ilin yanvar ayına qədər səhmlərinin 80 faizindən artığının nazirin oğlu Anar Məmmədovun adına rəsmiləşdirilmiş “Bank of Azerbaijan”nın səhmlərinin Hafiz Məmmədova satılmasının k.kündə bir çox gizlinlər və qaranlıq bank əməliyyatları gizlənibmiş. Məlumatlı şəxsin sözlərinə görə, hələ bank Ziya Məmmədovun nəzarətində olarkən Hafiz Məmmədova məxsus В«KollektorВ» firması həmin bankın bir sıra filialları üzrə kredit borclarının ödənilməsini öz üzərinə götürüb. Daha dəqiqi, Ziya Məmmədovun filiallardakı kəm-kəsirini Hafiz Məmmədov bağlamaqla məşğul olub. Lakin 2012-ci ildən etibarən, bankın təftişi prosesinə başlanılıb və bank tədricən bağlanmış kreditlərin əvəzi olaraq В«HafkaВ»nın sərəncamına keçirilməsinə start verilib. Bu haqda redaksiyamıza bankın rəhbər şəxslərinin filial müdirlərinə yazdığı bir sıra məktublarla bərabər, bir neçə kredit müqaviləsi də təqdim olunub. Bunlardan biri hazırda da “Bank of Azerbaijan”nın 17 saylı Ucar filialının müdiri Nazim Əliyev tərəfindən Azad Əsgərov adlı şəxsin adına göndərdiyi məktubdur. Filial müdiri sözügedən şəxsə В«KollektorВ» firması tərəfindən ayrı-ayrı müəssisələrin kredit borclarının ödənilməsi haqda məlumat verir və əlavə edir ki, hələlik В«KollektorВ» tərəfindən ödənilən kreditlər bunlardır. В«Azad, bu məndə olan son məlumatdırВ» qrifi ilə məktuba nöqtə qoyulub. Həmin kreditin isə В«UCAR-BROYLERВ» MMC tərəfindən alınmış iki kredit müqaviləsi üzrə vəsaitlərin ödənilməsi ilə bağlı olduğu da bildirilir: В«Məsələn, В«UCAR-BROYLERВ» MMC 238/17 saylı müqavilə ilə 2008-ci ildə bankın Ucar filialından 02.10.2015-ci ilə qədər 1 (bir) milyon manat kredit alıb. Maraqlı burasıdır ki, bu borc və aylıq faizləri belə, ödənilmədən 11.02.2011-ci ildə В«UCAR-BROYLERВ» MMC-yə 1185/F saylı kredit müqaviləsinə əsasən, 2 ay müddətinə, yəni 11.04.2011-ci il tarixinə qədər 264 min manatlıq 18 faizlik əlavə kredit hesabı açılıb. Sonradan isə həm bu borc, həm də borcun 26532 manatlıq faiz borcu da ödənilməyib. Amma nə filial, nə də bankın idarə heyəti tədbir görmək əvəzinə, həmin borcların В«KollektorВ» tərəfindən bağlanması haqda yazışmalara başlayıblar. Buna rəvac verən əsas səbəb isə filiallarda qanunsuz verilən və ya ayrılan kreditlərin əslində təyinatı üzrə olmadığından irəli gəlib. Həmin pullar nəğdləşdirilərək götürülüb və çox böyük ehtimalla Ziya Məmmədovun hansısa lahiyələrinə xərclənib. Sonradan isə bankın müflis olması qorxusu onun Hafiz Məmmədova satışını qaçılmaz edib. Qanuna görə isə ödənilməsi qeyri-mümkün olan bankın satışı mümkün deyil. Hafiz Məmmədov isə razılaşmaya əsasən bankı В«təmizləməliВ» və sonra da səhmlərini öz oğlanlarının adına keçirə bilərdi. Bu, hazırda da bankın idarə heyətinin üzvü, həm də Satış üzrə Sahə Rəhbəri olan Aygün Balıyevanın növbəti məktubundan da sezilirВ». ![]() Aygün Balıyevanın 24 avqust 2012-ci il tarixli saat 10.22-də filial müdirləri Elşən Xəlilovla Nazim Əliyevə, surətləri isə Korporativ Bank Xidmətləri Departamentinin direktoru Vadim Misirova, Hüquq şöbəsinin müdiri Elnur Heydərova və Parakəndə Bank Xidmətləri Departamentinin direktoru Rəşad Mailova ünvanlanmış məktubunda deyilir: В«Hörmətli Elşən müəllim və Nazim müəllim! Bildiyiniz kimi, Ucar və Yevlax filialının bəzi kreditləri В«KollektorВ» firması tərəfindən ödənilmişdi. Lakin bu şirkətlərin borcu bağlandı, anlamına gəlmir. Bu səbəbdən firmalar tərəfindən borcları haqqında məlumat almaq və ya borcu ödəmək istəyənləri olursa, Hüquq departamenti ilə əlaqə saxlamanızı xahiş edirəm. Filialın bütün əməkdaşlarını məlumatlandırmanızı xahiş edirəm В». Dünyanın heç bir ölkəsində olmayan bu yazışma və əməliyyatlara əlavə olaraq onu da qeyd edək ki, həmin siyahıda da bir sıra MMC-lərin adına verilmiş kreditlərin yenə də eyni firma tərəfindən ödənilməsi öz əksini tapır: В«Bütün bu proseslərin sonunda isə məşhur iş adamı Hafiz Məmmədov nazirlə aralarındakı borc məsələsini qapatmaq üçün onun nəzarətində olan bankın səhmlərini oğlanları və qardaşının adına sənədləşdirməyə məcbur edib. Hazırda “Bank of Azerbaijan”nın səhmlərinin təxminən 86 faizi Hafiz Məmmədovun oğlanlarının adına rəsmiləşib. Daha dəqiqi, 42,97 faizi bir oğlu Kənanın, digər 42.97 faizi isə o biri oğlu Sənanın adınadır. 13,31 faizini isə Hafiz Məmmədov qardaşı Mübariz Məmmədovun adına keçiribВ». Mənbə bankın satışı prosesində digər məqamlardan da məlumat verib. Bu və ya digər məsələlərlə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Qarşı tərəflərin fikirlərini də dərc etməyə hazırıq. Geri qayıt |