Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOVDAN YETİM-YESİRƏ İSMARIC

MİSİR MƏRDANOVDAN YETİM-YESİRƏ İSMARIC


5-12-2011, 11:57
MİSİR MƏRDANOVDAN YETİM-YESİRƏ İSMARIC

NAZİR SAXTA DİPLOMLU GÖMRÜKÇÜ MƏMURA BATA BİLƏCƏKMİ?

DİA.AZ: - “Saxta diplomlarla bağlı işlər davam etdiriləcək. Birmənalı olaraq o fikirdəyik ki, saxta diplomlarla işləmək olmaz”.

Bildirək ki, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, saxtalığı bəlli olan diplom sahibləri harada işləmələrindən asılı olmayaraq, işdən uzaqlaşdırılacaqlar: “Saxta diplomlarla bağlı günahı olan bütün şəxslər isə öz cəzalarını alacaqlar”.

Qeyd edək ki, indiyə kimi aparılan araşdırmalar nəticəsində Azərbaycanda saxta diplomla işləyən 455 müəllim aşkarlanıb və onların hamısı işdən çıxarılıb.

Onu da bildirək ki, hazırda Dövlət Gömrük Komitəsində sədr müavini vəzifəsini tutan Nazim Məmmədovun da “Təfəkkür Universitetindən saxta yolla məzun olduğu iddia edilir. Hər halda, Misir Mərdanovun “hamı cəzalanacaq” şəklində deməsinə baxmayaraq, Nazim Məmmədovun görəvindən atılacağına ümid etmək ağılsız olacaq.

Ona görə də Misir Mərdanov gərək “saxta diplomu olan bütün yetim-yesirlər cəzalanacaq” şəklində fikrini ifadə edəydi. Yəqin ki, cənab nazir də bzimlə razılaşar. Bəs necə? O ki, Kəmaləddin Heydərovun bostanına daş atacaq qüdrətdə deyil axı...


Geri qayıt