Əsas Səhifə > Gündəm, Manşet > İSRAİL HANSI MÜXALİFƏTÇİNİN İZİNƏ DÜŞÜB?

İSRAİL HANSI MÜXALİFƏTÇİNİN İZİNƏ DÜŞÜB?


15-04-2013, 10:04
İSRAİL HANSI MÜXALİFƏTÇİNİN İZİNƏ DÜŞÜB?
FARS-MOLLA REJİMİ AZƏRBAYCANDA TAKTİKİ DƏYİŞİKLİK QƏRARINI VERİB

DİA.AZ: - «Son günlər ayrı-ayrı yerlərdə müxtəlif təxribatçı qüvvələrin hərəkəti müşahidə olunmaqdadır». Bu ilginc məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı qayaq ötürüb. Mənbə iddia edir ki, həm Rusiyadan və həm də İrandan qidalanan təxribatçı qüvvələr seçkiqabağı ərəfədə Azərbaycanda vəziyyətin qarışdırılması üçün ciddi fəaliyyətdədirlər.

Mənbənin söylədikləri: «Artıq Azərbaycanın xüsusi xidmət orqanlarının əlində ciddi sübutlar var ki, bu istiqamət üzərə hərəkət edilir. Hətta bəzi dairələr və şəxslər xüsusi olaraq nəzarətə götürülüblər. Onlar İranın Bakıdakı emissarlarıdır və əllərində böyük pul kütləsi olan həmin İran casusları Azərbaycanda bir sıra siyasi təşkilatlarla və ictimai xadimlərlə də mütəmadi təmasdadırlar».

Mənbəmiz bu arada daha maraqlı bir faktı açıqladı: «Azərbaycana məlumdur ki, kəşfiyyat məlumatlarında tərəfdaşlıq etdiyi bir çox ölkələrin xüsusi xidmət orqanları dəstək verməkdədir. Və onların arasında İsrailin müstəsna yeri var. Və elə son faktlardan biri də İsrail tərəfindən Azərbaycana ötürülüb.

Həmin fakta görə, İranın agentləri Bakıda Azərbaycanın tanınmış simalarından birilə məxfi qaydada görüşüblər. Və müzakirə mövzusu seçkilərdə İranın nəzarəti altında olan dindarlarla siyasi müxalifətin birgə hərəkəti olub».

Artıq bu faktın tam olaraq təsdiqləndiyini bildirən mənbəmiz onu da əlavə etdi ki, fakt üzrə hərəkətə keçilib: «Ola bilsin ki, yeni həbslər olsun. Amma burada İran məsələsi xüsusi önəm daşıyır. Nəzər yetirin, fars-molla rejiminin adamları neçə gündür ki, siyasi müxalifətə doğru meyillənirlər. Bunlar təsadüfi deyil. Tehrandan gələn təlimatdır. Halbuki dünənə qədər iranpərəst dindarlar moizələrində, xütbələrində hakimiyyətlə yanaşı, siyasi müxalifəti də hədəfə alırdılar. İndi isə fars-molla rejimi Bakıdakı adamlarını yeni siyasi dönəmə uyğun instruktaj edib».

Geri qayıt