Əsas Səhifə > Hadisə > MOLLA HAKİMİYYƏTİNİN GÖMRÜK DƏRDİ

MOLLA HAKİMİYYƏTİNİN GÖMRÜK DƏRDİ


4-12-2011, 17:15
MOLLA HAKİMİYYƏTİNİN GÖMRÜK DƏRDİ

İRAN-AZƏRBAYCAN SƏRHƏDDİNDƏ CİDDİ “QANUN PROBLEMİ” VAR

DİA.AZ: - İranla siyasi müstəvidə ciddi problemlər yaşayan rəsmi Bakı bu ölkə ilə gömrük məsələsində də anlaşa bilmir.

Belə ki, Azərbaycanın “Bir pəncərə" prinsipi üzrə yoxlamaların həyata keçirilməsini tətbiq etdikdən çoxlu sayda problemlər yaranıb. Məlumatlara görə, məsələdə çoxlu mürəkkəb amillər var. Onlardan biri bunun hansı ölkənin ərazisində həyata keçirilməsi ilə bağlıdır

DİA.AZ bildirir ki, Azərbaycan qanunvericiliyinə əsasən, ölkədə gömrük yoxlanışını yalnız DGK həyata keçirə bilər. Onun üzvləri isə yalnız Azərbaycan vətəndaşları ola bilər.

Digər məsələ - Azərbaycan və ya İran ərazisində pozuntular olarsa, onlara necə baxılacaq, bu hansı ölkənin yurisdiksiyası əsasında olacaq – bunu da hələ tərəflər çözə bilməyiblər. Çünki məsuliyyətə cəlb edilmədə ərazi prinsipi tətbiq olunur.

Bu barədə redaksiyamıza danışan mənbə bildirir ki, bu yaxınlarda İran-Azərbaycan sərhəddində fars əsgərinin sərhədçilərimiz tərəfindən zərərsizləşdirilməsindən sonra İran tərəfi gömrükdə Azərbaycan DGK-ya problemlər yaradan addımlar atır.

Mənbə bildirir ki əslində burada siyasi faktor daha güclüdür və Azərbaycanın “Bir pəncərə” sisteminə keçməsi yalnız fars-molla rejiminin bəhanəsi kimi dəyərləndirilir.


Geri qayıt