Əsas Səhifə > Siyasət, Manşet > ELŞAD ABDULLAYEV AKTİV SİYASƏTƏ BELƏ QOŞULUR
ELŞAD ABDULLAYEV AKTİV SİYASƏTƏ BELƏ QOŞULUR13-04-2013, 11:54 |
YENİ YARANMIŞ TƏŞKİLATIN AZƏRBAYCANDA DA DAYAQLARI YARADILIR DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev bu günlərdə siyasi fəaliyyətə keçid etdiyini ictimailəşdirdi. Belə ki, Avropada yaşayan soydaşlarımızın yaratdığı Avropa Azərbaycanlılarının Milli Birlik Şurasının (AAMBŞ) təsis konfransında iştirak edən Elşad Abdullayev AAMBŞ sədrinin birinci müavini seçilməsi həm də hansı siyasi düşərgədə yer aldığını nümayiş etdirmiş oldu. Bununla bağlı DİA.AZ-a Avropadakı qaynaqlardan ilginc məlumatlar da ötürüb. Mötəbər mənbənin redaksiyamıza verdiyi informasiyaya görə, Elşad Abdullayev AAMBŞ-nin Azərbaycanda da dayaqlarının yaradılması ideyasını irəli sürüb və hətta bu məqsədlə Azərbaycandakı dayaq mərkəzinin maliyyələşdirilməsini də öz boynuna götürüb. Mənbənin söylədikləri: «Əslində AAMBŞ-nin Azərbaycandakı dayaq mərkəzinin yaradılması ideyası sırf olaraq prezident seçkilərilə bağlıdır. Və bu mərkəz hansı namizədi dəstəkləyəcəksə, Avropada yaşayan soydaşlarımızın da həmin namizədi dəstəklədiyi elan edilmiş olacaq». Geri qayıt |