Əsas Səhifə > Gündəm, Manşet > QUBADLIDA TƏHSİL BİABIRÇILIĞINI KİM HİMAYƏ EDİR?
QUBADLIDA TƏHSİL BİABIRÇILIĞINI KİM HİMAYƏ EDİR?13-04-2013, 11:28 |
SUMQAYIT MƏKTƏBLƏRİNDƏ “2” ALANLAR QUBADLI MƏKTƏBLƏRİNİ “BİTİRİR” DİA.AZ: - Qubadlı rayon təhsilində biabırçı vəziyyət hökm sürür. Bildirək ki, qaçqın rayonu olan Qubadlının orta məktəbləri əsasən Sumqayıt şəhərində yerləşib. DİA.AZ-a bu barədə yazan Qubadlı sakinlərindən birinin məlumata görə, bu məktəblərdə rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyevanın qaydaları hökm sürür. Yəni direktor və müəllim seçimində bilik, bacarıq, səriştə yox, TŞ müdirinin şərtləri önəm daşıyır Mənbə bildirir ki, xanım Allahverdiyeva bütün orta məktəblərə direktor təyinatını özü həyata keçirir. İddialara görə, bu zaman direktor olmaq istəyənlərdən heç də kiçik məbləğdə olmayan «şirinlik» istənilir. Məlumatlarda qeyd olunur ki, Afət Allahverdiyeva orta məktəblərə şagirdlərin gəlməməsindən xəbərdardır. Belə ki, Qubadlıdan olan şagirdlər daha çox Sumqayıt şəhərindəki orta məktəblərə üstünlük verirlər. Bu azmış kimi, bəzi orta məktəblərdə uşaq çatışmazlığı problemi isə maraqlı şəkildə həyata keçirilir. Qeyd edilir ki, Afət Allahverdiyev başqa rayonların təhsil şöbələrinin müdirləri ilə anlaşaraq, onlardan şagird «transfer» edir. Bunun müqabilində isə həmin təhsil şöbəsinin rəhbərliyinə hər şagird üçün 20 manat pul verilir. Sonradan isə həmin şagirdlərə rahatlıqla attestat satılaraq verilən pul artqılaması ilə çıxarılır. Mənbə iddia edir ki, bu gün Sumqayıt məhtəblərində əslində attestat ala bilməsi mümkün olmayan bütün şagirdlər Qubadlı məktəblərinə transfer olunuraq rahatlıqla orta məktəbi “bititrirlər”. DİA.AZ-a daxil olan bir digər məlumatda vurğulanır ki, Afət Allahverdiyevanın rəhbəri olduğu Qubadlı təhsilində yeniliklər də çoxdur. Məsələn, orta məktəblərdə dərs deyən müəllimlərin adı var, amma özləri yoxdur. Əslində, bu təhsil şöbəsinin müdirinə sərf edir. Çünki “adı var, özü yox müəllimlərin” əmək haqqıları Afət xanıma qalır. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |