Əsas Səhifə > Siyasət, Manşet > 195 QAÇQIN AİLƏSİ HANSI MƏMURUN BORCUNU ÖDƏYİR?

195 QAÇQIN AİLƏSİ HANSI MƏMURUN BORCUNU ÖDƏYİR?


12-04-2013, 10:46
195 QAÇQIN AİLƏSİ HANSI MƏMURUN BORCUNU ÖDƏYİR?
BƏRDƏDƏ MƏSKUNLAŞAN QAÇQIN AİLƏLƏRİ ŞOK FAKTLARI AÇIQLADILAR

DİA.AZ: - Bir neçə gün əvvəl redaksiyamıza Bərdə rayonunda məskunlaşmış bir qrup məcburi köçkün ailəsinin ünvanladıqları şikayət məktubunu dərc etmişdik. Onlar üzləşdikləri problemlə bağlı kömək istəsələr də, kimsə bu problemi həll etməyə maraq göstərmir. DİA.AZ-a 195 ailə adından müraciət edən Elməddin Əkbərli problemlərinin həlli üçün aidiyyatı qurumlara müraciət etdiklərini söyləsə də, bir çarə qılınmadığını bildirir.

Müraciətdə deyilirdi: “Salam, hörmətli redaksiya. Mən Əkbərli Elməddin Kamil oğlu məcburi köçkün kimi Bərdə rayonu Təhlə kəndində (yeni qəsəbədə) məskunlaşmışam.

Bildirim ki, biz 195 evlik yeni qəsəbəyə 2012-ci ilin noyabr ayında köçürülmüşük. Bura köçəndən Bərdə Elektirik Şəbəkə Mingəçevir Rayonlararası Elektrik Şəbəkə ilə birləşərək, sanki bizə ev verilməsindən qəzəblənərək hər bir ailəyə orta hesabla 1000 manat qanunsuz borc yazıb.

İndi isə dövlətin bizə verdiyi elektirik limitini kartımıza yükləmirlər və borc adı ilə saxlayırlar. Bu idarənin hər bir işçisi özünü müdir kimi hiss edir və heç kimi saymırlar. Adi abonentlərlə davranmaq qaydalarını da bilmirlər. Problemi həll etmələrini dedikdə isə, bizi hədələyirlər. Sizdən bizim problemimizi lazımi ünvanların diqqətinə çatdırmağınızı xahiş edirik”.

Bildirək ki, hələ də həllini tapmayan bur problemlə əlaqədar DİA.AZ-a yeni məlumat göndərilib. Yenə də redaksiyamızı bilgiləndirən Elmədiin Əkbərli iddia edir ki, onlarda olan məlumata görə Bərdə EŞ-nin əməkdaşlarından birinin 76 min manat borcu var və onu ort-basdır etmək üçün məcburi köçkünlərin adına bu qədər borcu yazıblar: “Dəfələrlə həmin əməkdaşı işdən çıxarmaq istəsələr də, onunla əlbir olan Bərdə EŞ-nin müdırı Şövqi müəllim buna imkan verməyib. Şövqi müəllim də öz tələbə yoldaşına arxalanır. O, baş idarədə rəisidir. Sizdən bizə kömək etməyinizi və bizi bu arxalıların yanında arxasız buraxmamağınızı xahiş edirəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt