Əsas Səhifə > Hadisə > MASALLIDA QADIN DİRİ-DİRİ YANDI
MASALLIDA QADIN DİRİ-DİRİ YANDI12-04-2013, 10:32 |
YATAQ XƏSTƏSİ CANINI QURTARA BİLMƏYİB Aprelin 11-də Masallı rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Masallı şəhərində 1938-ci il təvəllüdlü Muxtarova Səkinə Əbil qızına məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2-otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi (yataq xəstəsi) S.Ə.Muxtarovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır. Geri qayıt |