Əsas Səhifə > Siyasət, Manşet > ƏHMƏD ƏHMƏDZADƏ BƏRDƏDƏKİ ADAMINA TƏPİNƏ BİLMİR?
ƏHMƏD ƏHMƏDZADƏ BƏRDƏDƏKİ ADAMINA TƏPİNƏ BİLMİR?12-04-2013, 09:45 |
FERMER RÜŞVƏT VERMƏDİYİNƏ GÖRƏ, TƏSƏRRÜFATINI SUVARA BİLMİR DİA.AZ: - Bərdə rayon Qaratəpə kənd sakinin Həsənov Arif Hünbət oğlu tərəfindən prezident İlham Əliyevə və daha bir neçə dövlət qurumunun rəhbərinə ərizə ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən ərizənin mətnində deyilir: “Yazaraq bildirmək istəyirəm ki , mən 15 ildən çoxdur ki, Qaratəpə kəndində kənd təsərüfatı ilə məşqul oluram 60 hektara yaxın taxıl və yonca sahəm var. Cənab prezdentin kənd təsərüfatının inkişafı dövlət proqramndan sora kiçik fermerliklə məşğul olmağa başlamışam. 500 başdan çox xırda buynuzlu, 60 başa yaxın da iri buynuzlu heyvanım var. Son bir neçə ildir ki, mən bu təsərrüfatı artıra bilmirəm. Buna səbəb isə əkin sahələrimi suvara bilməməyimdir. Belə ki mən dəfələrlə Bərdə rayon suvarma sitemləri idarəsi ilə müqavilə bağlasam da, mənim əkin sahələrimi suvarmaq üçün su verilmir. Dəflərlə bunula bağlı suvarma sistemləri idarəsinin rəisi Namiq Əhmədovla müraciət etmişəm. Onunla görüşüb müraciət etmişəm, lakin bu görüşlərdə heç bir nəticə verməyib. Mən bir fermer olaraq qanuna uyğun qaydada müqavilə bağlayaraq şəxsi fermer təsərrüfatımın suvarılmasını istəsəm də, idarə rəisi məndən dövlət rüsumundan başqa küllü miqdarda rüşvət istəyib. Mən də bu qanunsuz tələblə razılaşmadığımdan təsərrüfatıma su verməkdən intina edirlər. Hazırda suvarma mövsümü olduğu üçün mən əkin saahələrimi suvarmalıyam ki, əkin sahələrimdən səmərəli məhsul götürə bilim. Lakin Əhməd Əhmədzadənin Bərdə rayonundakı nümayəndəsi bunun qarşısını almaqla mənim fermer təsərrüfatımı rəsmən şökdürməkdədir. Mənim 60 hektarlıq əkin sahəm, 500 baş qoyunum hazırda məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Xahiş edirəm köməklik göstərəsiniz”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |