Əsas Səhifə > Cəmiyyət, Manşet > SİYƏZƏNDƏ BAŞÇI ƏSƏBLƏRİ TARIMA ÇƏKİB

SİYƏZƏNDƏ BAŞÇI ƏSƏBLƏRİ TARIMA ÇƏKİB


11-04-2013, 15:06
SİYƏZƏNDƏ BAŞÇI ƏSƏBLƏRİ TARIMA ÇƏKİB
NARAZILIQ YARADAN ARİF QASIMOVUN BAŞQA PLANI VAR

DİA.AZ: - Siyəzən rayonunda vəziyyət pisləşib. Verilən məlumata görə, artıq rayon sakinləri etiraz aksiyalarına başlamaq istəyirlər. Buna səbəb isə icra başçısı Arif Qasımovun Siyəzəndə həyata keçirdiyi «layihələr»in camaata ciddi şəkildə problem yaratması ilə bağlıdır. DİA.AZ bildirir ki, bu barədə “demokratiya.info” portalı xəbər yayıb.

Məlumatda deyilir ki, hal hazırda rayonda kanalizasiya sisteminin quraşdırılması istiqamətində işlərin aparıldığı deyilir. Lakin bu işlər xeyli vaxtdır yarımçıq qalıb. Nəticədə insanlar küçədə gedə bilmirlər. Rayon mərkəzinin hər yerinin qazılması insanların əsəblərinə təsir edib. Hətta bununla bağlı rayon rəhbərliyinə edilən şikayətlərə də əhəmiyyət verən yoxdur.

Mənbə bildirir ki, Arif Qasımov ARDNŞ prezidenti Rövnəq Abdullayevin qohumu olduğundan heç kimdən çəkinmir. Hətta o da deyilir ki, icra başçısı bunu əlində əsas tutaraq, kimsənin ona bir şey edəcək gücdə olmadığını deyir. Üstəlik, rayonda korrupsiyanın əlamətləri də diqqəti çəkir.

Belə ki, Arif Qasımov Siyəzəndə hasarlama işləri həyata keçirilir. Həmin hasarlama işlərində üzlük daşlardan geninə-boluna istifadə olunub. Mənbə deyir ki, bu zaman qiymətlərin süni şəkildə şişirdilməsi halları müşahidə olunub ki, bunun da yeyintiyə səbəb olduğu vurğulanır.

Rayon sakinləri onu da bildirib ki, belə yeyinti halları ilk deyil. Həmin olaylardan biri rayonda inşa olunan uşaq baxçasının tikintisi zamanı da qeyd alınıb. Mənbənin sözlərinə görə, bu zaman icra başçısı böyük miqdarda pulları silib.
Amma maraqlı hal odur ki, Arif Qasımov həm də himayədar rolunda çıxış etməklə yanaşı, çörək biznesinə də şərikdir. Belə ki, icra başçısı rayonda fəaliyyət göstərən çörək bişirmə sexlərini öz nəzarətində saxlayır. Halbuki onların böyük qisminin sənədləri belə yoxdur. Ancaq icra başçısının himayəsində olduğundan qeyri-qanuni fəaliyyət göstərə bilirlər.

Bu əsnada o da məlum olub ki, Arif Qasımov Siyəzəndə uzun müddət qalmaq fikrində deyil. Verilən məlumata görə, o, Nizami rayonuna icra başçısı gəlmək istəyir. Belə məlumat da var ki, Qasımov yaxın vaxtlarda qohumu Rövnəq Abdullayevin əliylə bu istəyini yaxın vaxtlarda reallaşdıracaq.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq......

Geri qayıt