Əsas Səhifə > Gündəm, Manşet > VƏHABİLƏR 10 MİN NƏFƏRLƏ MEYDANA ÇIXACAQ
VƏHABİLƏR 10 MİN NƏFƏRLƏ MEYDANA ÇIXACAQ11-04-2013, 11:27 |
BDU-NUN MƏSCİDİNİN PLANA SALINMASI VƏHABİLƏRİ MEYDANA DAŞIYIR DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Azərbaycanda sayları kifayət qədər olan və özlərini «sələfi» adlandıran vəhabi təriqətinin nümayəndələri əzələ nümayişinə hazırlaşırlar. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin «Əbu Bəkr» məscidinin bağlanmasından sonra vəhabilərin toplaşdığı əsas məkanlardan biri olan Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinin İlahiyyət Məscidini bağlanması ilə bağlı təşəbbüsləri vəhabilər tərəfindən qəzəblə qarşılanıb. Bu barədə DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, sabah sözügedən məscid ərazisində qarşıdurma gözlənilir: «DQİDK nümayəndələri bildirirlər ki, ətrafda yaşayan vətəndaşlar cümə namazına minlərlə vəhabinin toplaşmasından müxtəlif dövlət qurumlarına şikayət ediblər. Eyni zamanda Bakı Dövlət Universitetinin yataqxanalarının köçürülməsi qərarı, həmçinin ərazidə yeni planlalamaların həyata keçirilməsi səbəbindən «İlahiyyat» məscidi də plana düşüb ki, və bu həftə həmin məscidin köçürülməsinə cəhdlər ola bilər». Məhz belə bir xəbərin yayıldığını bildirən mənbəmiz vurğuladı ki, vəhabilər də dövlət komitəsinin məlum qərarına etiraz olaraq cümə namazından sonra küçələrə axışmağı düşünürlər: «Onların təxminən 10 min nəfərlə etiraz aksiyası keçirmək niyyətləri var». Maraqlıdır ki, bu gün vəhabilər Prezident Administrasiyasında maraqlı qüvvələr tərəfindən də dəstəklənir. Vəhabilərin bu cür bəslənməsi üçün hətta Küveytə aid müxtəlif xeyriyyə cəmiyyətlərinin həmin PA-dakı dairələrə il ərzində 200-300 milyon dollar pul ödədikləri də yayılan xəbərlər sırasındadır. Geri qayıt |