Əsas Səhifə > Siyasət, Manşet > «TEXNİKABANK» İŞİ ƏTRAFINDA ŞOK OLAYLAR
«TEXNİKABANK» İŞİ ƏTRAFINDA ŞOK OLAYLAR11-04-2013, 09:45 |
ETİBAR ƏLİYEV ÖZÜ İLƏ BƏRABƏR ADAMLARINAİ DA AZADLIQ TƏLƏB EDİB DİA.AZ: - Məlum olduğu kimi, dünən keçmiş «TexnikaBank» işçilərinin məhkəmə istintaqı davam etdirilib. Dünənki məhkəmə iclasında bir çox maraqlı hadisələr yaşanıb. Belə ki, bankın müşahidə şurasının sabiq rəhbəri Etibar Əliyev özünün və digər ittiham olunanların günahsız olduğunu bildirməklə yanaşı, eyni zamanda belə bir məntiqi də qoyub ki, «mən nədən öz bankımı talamalıyam, nədən öz pulumu oğurlamalıyam». Həmçinin Etibar Əliyev məhkəmə heyətinə bir sualla da müraciət edib: «İttiham aktında göstərilir ki, 2 milyon 400 min manat isrfa olunub, sonra da mənimsənilib. Kimin pulu mənimsənilib? Hardan götürülüb o pul?» Hər halda, bu güclü məntiqi sualın qarşısında məhkəmə heyətinin cavab verməsinin imkansız olduğu bəllidir. Amma ortada kifayət qədər qaranlıq məqamlar var və bununla bağlı DİA.AZ-a maraqlı fatlar ötürülüb. Özünün bir zamanlar «TexnikaBank»la əməkdaşlıq etdiyini bildirən məlumatlı mənbə iddia edir ki, əslində Etibar Əliyevi bu gün məhkəmə istintaqında dilli-dilavər edən onun arxasında dayanan qüvvələrdir: «Bunu hər kəs təxmin edə bilər. Və elə buna görə də Etibar Əliyev rahatlıqla həmin mənimsənildiyi iddia olunan pula bağlı suallarını verir. Pulun sahibinin kimliyi barədə mövzunu gündəmə gətirir. Yaxşı başa düşür ki, məhkəmə heyəti və həmçinin prokurorluq bu barədə dərinə gedə bilməz». Mənbənin bildirdiyinə görə, Etibar Əliyev azadlığının müqabilində böyük pullarından keçsə də, onun arxasında dayanan qüvvələr hər zaman bu işi nəzarətdə saxlayıblar: «Söhbət çirkli pulların yuyulması faktlarından gedir. Bu gün əksər banklar bu kimi maxinasiyaları həyata keçiriblər. Heç biri yaxasını kənara çəkə bilməz. Amma nədən Etibar Əliyev «vuruldu»? Bu artıq bütün məsələləri ortaya çıxarır. Söhbət hakimiyyətdaxili «razborka»lardan gedir. Faktdır ki, təsadüfi adam bank sektoruna girə bilməz. Elə isə Etibar Əliyev də təsadüfi fiqur deyil. O sadəcə olaraq ağıllı «potstovnoe litso»dur. Yəni onun əlində ondan istifadə edənlərə qarşı yetərincə informasiyalar var. Və əgər Etibar Əliyev həbs olunarsa, o zaman həmin məlumatlar ictimailəşər və bu zaman həbs olunanların çevrəsi genişlənməklə yanaşı, üzüt «yuxarıya» doğru yön alar». Mənbəmiz bu arada məhkəmə istintaqı zamanı da «TexnikaBank»ın digər mühakimə olunan əməkdaşlarını müdafiə edən Etibar Əliyevin ilginc bir jesti barədə xəbər verdi: «Etibar Əliyev onu himayə edənlərə təkcə öz azadlığını yox, həmçinin digər həbs olunanların da azadlığını şərt kimi qoyub. Yalnız Əli Kərimlinin qaynına iş veriləcək. Digərləri isə ya bəraət alacaq, ya da şərti iş alaraq vəziyyətdən çıxarılacaq». Geri qayıt |