Əsas Səhifə > Cəmiyyət > SAĞLAM HƏYAT TƏRZİ TƏBLİĞ EDİLƏCƏK

SAĞLAM HƏYAT TƏRZİ TƏBLİĞ EDİLƏCƏK


3-12-2011, 15:16
SAĞLAM HƏYAT TƏRZİ TƏBLİĞ EDİLƏCƏK

ZƏRƏRİN AZALDILMASI ŞƏBƏKƏSİ İCTİMAİYYƏT QARŞISINA ÇIXIR

“Sağlam Həyat Tərzinin Təbliği” İctimai Birliyi (Zərərin Azaldılması Şəbəkəsi) 5 dekabr 2011 ci il, saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcək.

Bu barədə qurumdan DİA.AZ-a verilən məlumatda deyilir ki, “Sağlam Həyat Tərzinin Təbliği” İctimai Birliyi (Zərərin Azaldılması Şəbəkəsi) tərəfindən Zərərin Azaldılması Proqramına Dövlət dəstəyinə ictimai vəkillik kampaniyası keçirilib. Elə keçiriləcək konfransda məsələ ilə bağlı geniş müzakirənin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 2010-cu ilin 11 may tarixində AR Milli Məclisi “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanun qəbul edib. Bu qanunun 20-ci maddəsinə əsasən ölkədə İİV-in profilaktikası məqsədilə zərərin azaldılması proqramlarının həyata keçirilməsinə dəstək verilir. Qanunun həyata keçirilməsi haqqında 27 aprel 2011 tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinın 62 saylı qərarı qəbul edilib.

Tədbirdə mətbuat nümayəndələri, qeyri-hökümət təşkilatları, Milli Məclisin üzvləri iştirak edəcək.


Geri qayıt