Əsas Səhifə > Siyasət, Manşet > ŞEYXDƏN «MİLYARDERLƏR»Ə DƏSTƏK GƏLDİ

ŞEYXDƏN «MİLYARDERLƏR»Ə DƏSTƏK GƏLDİ


10-04-2013, 11:40
ŞEYXDƏN «MİLYARDERLƏR»Ə DƏSTƏK GƏLDİ
ALLAHŞÜKÜR PAŞAZADƏNİN ADAMLARI RUSİYA PLANINDA NECƏ YER ALIB?

DİA.AZ: - Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin adı ilə bağlı sensassion məlumat almışıq. DİA.AZ-a ötürülən informasiyalardan bəlli olur ki, Allahşükür Paşazadəyə yaxın şəxslər və hətta onun qohumları belə Rusiyanın Azərbaycana qarşı təzyiq rıçağı kimi düşündüyü, cəmiyyət tərəfindən «Milyarderlər ittifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqına açıq dəstək verməyə başlayıblar.

Mənbə iddia edir ki, bütün bunlardan xəbərdar olan şeyx nəinki etiraz etməyib, əksinə baş verənlər elə onun təlimatı əsaasında həyata keçirilməkdədir. Mənbənin söylədikləri: «Allahşükür Paşazadənin hələ sovet dönəmlərindən Rusiyanın xüsusi dairələri ilə mübhəm yaxın əlaqələrinin olması barədə iddialar var idi. Və hər zaman Moskva tərəfindən Paşazadə müsbət qarşılanıb. Hətta Dağıstandakı dini cameələrin Allahşükür Paşazadənin «Qafqazın şeyxi» titulunu şübhəyə alma cəhdləri zamanı Moskva Paşazadəyə tam dəstəyini ifadə etmişdi.

İndi isə bu şübhəli əlaqələr real müstəviyə keçid alır. Hər halda, görükəni budur. Və artıq Şeyxin adamları cənub bölgəsində iş apararaq «Milyarderlər ittifaqı»nın dayaqlarını formalaşdırırlar».

Bu iddialarla yanaşı mənbəmiz onu da əlavə etdi ki, Allahşükür Paşazadənin həm də RATİ-yə rəhbərlik edən Abbas Abbasovla və digər oliqarxlarla da xoş münasibətləri var: «Təbii ki, bu yaxınlığın arxasında həm də ortaq siyasi maraqların dayanması ehtimalları yüksəkdir».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt