Əsas Səhifə > Cəmiyyət > BAKIDA QƏRİBƏ OĞURLUQ

BAKIDA QƏRİBƏ OĞURLUQ


3-12-2011, 15:00
BAKIDA QƏRİBƏ OĞURLUQ

OĞRULAR "NEKS"DƏN 8 ƏDƏD DALĞIC GEYİMİ APARDILAR

Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, dekabrın 1-nə keçən gecə Sahil qəsəbəsində yerləşən "NEKS" şirkətinə məxsus konteynerdən qıfılı sındırma yolu ilə 8 ədəd dalğıc geyimi, su mühərriki və təmir alətləri oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər - Paşa Əhmədov və Elvin Səfərov dekabrın 2-də yaxalanıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Geri qayıt