Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > İRƏVANDA ALƏM BİR-BİRİNƏ DƏYDİ
İRƏVANDA ALƏM BİR-BİRİNƏ DƏYDİ10-04-2013, 10:18 |
![]() NARAZI MÜXALİFƏT YENİ AKSİYA TƏYİN EDİB Prezident seçkisinin nəticələrini tanımayan Ermənistan müxalifəti növbəti mitinqi aprelin 12-nə təyin edib. İrs Partiyasının lideri, prezidentliyə sabiq namizəd Raffi Ovannisyan aksiyanın Yerevanda, Azadlıq meydanında keçiriləcəyini bildirib. “Media forum” saytı xəbər verir ki, aprelin 9-u axşam saatlarında paytaxtın Baqramyan küçəsində polislə aksiyaçılar arasında toqquşmalar qeydə alınıb. Bir neçə nəfər, o cümlədən İrs Partiyası sədrinin müavini Armen Martirosyan və prezidentliyə sabiq namizəd, politoloq Andreas Qukasyan tutulub. Saxlanarkən xəsarət alan Martirosyan polis bölməsindən xəstəxanaya aparılıb, Qukasyanı isə evə buraxıblar. Fevralın 18-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə görə, dövlət başçısı Serj Sərkisyan qalib gəlib. Onun rəqibləri Ovannisyan və Qukasyan seçkinin saxtalaşdırıldığını iddia edir və nəticələrin ləğvini istəyirlər. Geri qayıt |