Əsas Səhifə > Hadisə > GƏNCƏNİN RƏİSİ QARDAŞINI İŞDƏN ÇIXARDI

GƏNCƏNİN RƏİSİ QARDAŞINI İŞDƏN ÇIXARDI


10-04-2013, 09:52
GƏNCƏNİN RƏİSİ QARDAŞINI İŞDƏN ÇIXARDI
FAİQ ŞABANOV QANUNUN TƏLƏBİNƏ ƏMƏL ETDİ

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov adıçəkilən idarənin Baş Cinayət Axtarış Şöbəsi rəisinin müavini işləyən qardaşı İlqar Şabanovu vəzifəsindən azad edib. Bu barədə Moderator.az-a Gəncədəki mənbələrdən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Faiq Şabanovun öz qardaşını işdən azad etməsi “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunun tələblərindən irəli gəlib. Qeyd edək ki, İlqar Şabanov uzun illərdir Gəncə Baş Polis İdarəsində xidmət edib.
Moderator.az-ın əldə etdiyi məlumatda o da qeyd olunur ki, İlqar Şabanov Şəmkir Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Geri qayıt