Əsas Səhifə > Gündəm, Manşet > GƏNCƏ HAVA LİMANINDA GÖMRÜK QULDURLARI

GƏNCƏ HAVA LİMANINDA GÖMRÜK QULDURLARI


10-04-2013, 09:44
GƏNCƏ HAVA LİMANINDA GÖMRÜK QULDURLARI
İRANYÖNLÜ GÖMRÜKÇÜ VƏTƏNDAŞIN ŞƏXSİ MALINI NECƏ MÜSADİRƏ EDİR?

DİA.AZ: - Sumqayıt şəhəri 30-cu məhəllə ev 5/8 mənzil 37 ünvanında yaşayan Namazov Qalib Hidayət oğlu tərəfindən redaksiyamıza şikayət daxil olub. Gömrük sistemində haqsızlıqla üzləşdiyini bildirən şikayətçi DİA.AZ-a yazır:

“Yazıb sizə bildirirəm ki, mən 11.03.2013 tarixində saat 07:30 radələrində İstanbul-Gəncə reysi ilə Gəncə şəhərinin Beynəlxalq Hava Limanına gəldim. Gömrük postunu keçərkən oranın əmədaşları (N.Novruzov, E.Zeynalov, İ.Orucov, mayor Nəsimi) müvafiq dövlət qanunlarına zidd gedərək etik qaydalara uyğun olmayan davranışlarla, çox kobud qaydada məni saxladılar. Əşyalarımı yoxlayıb, mənə məxsus olan şəxsi kitabxanam üçün aldığım kitabalarımı və digər qiymətli əşyalarımı müsadirə etdilər.

Təbii ki, mən də bu özbaşınalığa etiraz etdim. Sonradan adını öyrəndiyim Arzu adında gömrükçü özbaşınalıq edərək, vəzifə səlahiyətlərini kobud şəkildə aşaraq, bilə-bilə davranış qaydalarını pozaraq gömrük nəzarət otağında məni sərt şəkildə vurmaq istədi. Mən bu barədə cənab Prezidentə və ali orqanlara şikayət edəcəyimi bildirdim, bundan sonra o əlini aşağı salıb məni vurmaqdan daşındı .

Gəncə Beynəlxalq Hava Limanı Gömrük postunun rəis müavini, gömrük xidməti polkovnik-leytenanıt Əlizadə Arzu Hüseyin oğlu etik davranis kodeksini təkəbbüründən dolayı pozaraq dövlət rəhbərliyinin ünvanına da ağır ifadələr işlətdi. Sonrdan öyrəndim ki, bu adam İran meyilli radikallardandır. A. Əlizadə məni qanunsuz olaraq 8 saatdan çox gömrükdə həbs etdirmiş və sağlamlığıma zərər vurub.

Bildirirəm ki, A. Əlizadə dəfələrlə aressiv şəkildə təyziqlər göstərərək, özü diqtə edərək istəyinə uyğun şəkildə mənə izahat yazdırması üçün, məni zorla məcbur etmişdir. Amma mən izahatın son sətirində yazılı şəkildə öz etirazımı bildirmişəm.

Xahiş edirəm ki, yuxarıda göstərdiyim adı keçən bütün gömrük əməkdaşlarının hansı qanuna əsəsən şəxsi əmlakımı müsadirə etmələrini, məni gömrük otağında qeyri-qanuni 8 saatdan çox həbs etdirmələrini, diqtə edərək izahat yazdırmasını ve sağlamlığıma bilərək zərər vurmaqlarını araşdırıb, onları məsuliyətə cəlb edilməsində yardımçı olasınız”.

Onu da bildirək ki, şikayətçi başına gələnlərlə bağlı Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət etdiyini, amma bu müraciətinin cavabsız qaldığını da iddia edir.

Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin...

Geri qayıt