Əsas Səhifə > Siyasət, Manşet > KREML BAKIYA HANSI İSTİQAMƏTDƏRDƏN DAXİL OLUR?
KREML BAKIYA HANSI İSTİQAMƏTDƏRDƏN DAXİL OLUR?9-04-2013, 09:55 |
BU GÜN RƏQİB KİMİ GÖRÜNƏNLƏR BELƏ RUSİYANIN ƏLİNDƏ ALƏTDİRLƏR DİA.AZ: - «Bu gün hakimiyyət daxilində çox ciddi və kəskin şəbəkələşmə var ki, tərəflər arasındakı münasibətlər günü gündən gərginləşir və problematik həddə çatır». Bu barədə DİA.AZ-a danışan hakimiyyət içindəki məlumatlı mənbə bildirir ki, qarşıdan gələn prezident seçkilərilə əlaqədar hələlik münasibətlərdə «atəşkəs» ab-havası hökm sürür: «Amma bu müvəqqəti və saxta mahiyyətlidir. Vəziyyət elə bir həddədir ki, tərəflər hətta bir-birilərini bitirməyə belə hazırdırlar». Mənbəmizin bildirdiyinə görə, Rusiya xəttinin müdafiəçilərinə kənardan - Kremldən verilən dəstək onları qüvvətləndirmiş olsa da, əslində daxili potensial və imkanlarının son zamanlarda daha da məhdudlaşdırılması bu qruplaşmanın enində-sonunda sıradan çıxarılacağını anons etməkdədir. Qaynağın iddia etdikləri: «Bu gün rusların nəyi necə istədikləri aydındır. Amma hakimiyyətin də öz maraqları və öz siyasəti var. Buna nail olunacaq. Ola bilsin ki, müəyyən ara xarakterli dönəmlərdə kimsə kimdənsə üstün görünmüş olsun. Amma bütün bunlar müvəqqətidir. Çünki vəziyyət heç də mətbuatda əks olunduğu kimi deyil. Mətbuatda hələ yumşaq şəkildə ifadə olunur. Daha da kritik durum yaranıb. Və belə bir şəraitdə Rusiya xəttinin başında dayanan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yenə də əsas mövqedə dayandığını sübutlamağa çalışır». Mənbəmiz bildirir ki, Ramiz Mehdiyevin bu gün əsas hədəflərinin kim olduğu məlumdur: «Müdafiə Naziri Səfər Əbiyevə qarşı aşkar kampaniya gedir. Diqqət yetirin, son zamanlar yol qəzalarında ölüm faktları artıb - amma kimsə ən azından Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun istefasını tələb etmir və faktdır ki, yol qəzalarında cəbhə xəttində verdiyimiz itkilərdən qat-qat artıq insanımızı itirmişik. Daha sonra, dəm qazı zəhərlənməsi faktı ilə bağlı ölüm halları artıb - amma kimsə bununla əlaqədar ən azından «Azəriqaz» rəhbəri Əkbər Hacıyevin istefasını tələb etmir və faktdır ki, dəm qazından ölən vətəndaşlarımızın da sayı yetərincədir. Amma bütün bunların qarşılığında əslində hər gün itki gözləməli olduğumuz ünvandan - cəbhədən bir qara xəbər eşitdikdə meydanlara axışırıq. Yəni məqsədli şəkildə insanları meydanlara çıxarırlar. Çünki hədəfdə əslində ordunun problemlərinin həlli yox, Rusiyanın regiondakı maraqlarının bir nömrəli baryerlərindən biri hesab olunan müdafiə naziri Səfər Əbiyevin istefasına nail olmaqdır». Daha sonra mənbəmiz bildirir ki, eyni qaydada Ramiz Mehdiyev cinahına aid olmayan və birbaşa olaraq prezidentin komandası hesabt olunan PA rəhbərinin müavinləri Zeynal Nağdəliyevə, Əli Əsədova, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova, fövqəladə hallar naziri Kəmaləddin Heydərova və digərlərinə qarşı da açıq kampaniya aparılır: «Bunu Ramiz Mehdiyevin nəzarəti altında olan mətbuatda duymaq olar. Söhbət iqtidara aid mətbuatdan getmir. Məhz mehdiyevçi müxalif KİV-lər bu gün qeyd olunan xətt üzərə hərəkət edirlər. Və ən acınacaqlısı odur ki, bu prosesə Ramiz Mehdiyevin nəzarəti altında olan müxalif siyasi təşkilatlar da canla-başla qoşulurlar». Mənbəmiz bu arada maraqlı bir sxem barədə də məlumat verir: «Rusiya Azərbaycanda 4 istiqamətdə hərəkət edir. Bildirək ki, onlardan yalnız biri ölkə xaricinldədir. Birinci istiqamət aydındır. Ramiz Mehdiyev və onun nəzarəti altında olan şəbəkə. İkinci istiqamət Azərbaycan müxalifəti daxilinə yeridilmiş qüvvələr - bura kinorejissor Rüstəm İbrahəimbəyov və onun ətrafı aiddir. Üçüncü istiqamət, ayrı-ayrı bölücü qüvvələrin fəallaşdırılması xəttidir. Bura da ki, həm Rusiyanın regiondakı əsas ortağı olan İranın nəzarəti altında olan dini və etnik separatçılar, həm də Rusiyanın nəzarəti altında olan dini və etnik separatçılar, həmçinin köhnə Sovetlər Birliyindən qalma «KQB» şəbəkəsi aiddir ki, bu yolla Kreml hər zaman özünü hiss etdirir. Dördüncü ana xətt isə bütün bu proseslərin anna siyasi yönü kimi təqdim olunan «Milyarderlər İttifaqı» - Rusiya Azərbaycan Təşkilatları İttifaqıdır. Bu istiqamətdən isə Rusiya Azərbaycana özünün «ivanaşvili» modelini sırımağa çalışır». Bütün bu istiqamətlərin bəzi hallarda bir-birilərinə əks qütbdə dayanması təəssüratından da danışan mənbəmiz bildirdi ki, əslində bütün bunlar aldadıcı mahiyyət daşıyır: «Ola bilsin ki, bu gün Ramiz Mehdiyev Rüstəm İbrahəimbəyovun yeddi arxa dönəninə söydürsün, amma reallıq tamam başqadır. Onların hər ikisi eyni amala xidmət edirlər ki, b udə Azərbaycanda yenidən rus köləliyinin bərpası amalıdır. Onlar Azərbaycanı yenidən rus koloniyasına çevirməyi düşünürlər». Geri qayıt |