Əsas Səhifə > Güney Press / Manşet > DÖYÜLƏN İCRA BAŞÇISINA QARŞI İTTİHAM
DÖYÜLƏN İCRA BAŞÇISINA QARŞI İTTİHAM8-04-2013, 17:25 |
![]() DİA.AZ: - Bir neçə gün əvvəl sahibkarlardan biri tərəfindən döyüldüyü xəbəri yayılan Beylaqan rayon icra başçısı Vaqif Abdullayev barədə redaksiyamıza ilginc məlumat daxil olub. DİA.AZ-a daxil olan məlumata görə, Vaqif Abdullayev Beylaqana icra başçısı gəldiyi gündən rayon sahibkarlarına garşı səlib yürüşünə keçib. Bildirilir ki, Vaqif Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun rayon sahibkarlarına güzəştli kreditlərin ayrdğı vəsaitlərə əl qoyur. Mənbə qeyd edir ki, rayon sahibkarlarının götürdükləri kreditlərin 10 faizi mütləq V.Abdullayevə çatmalıdır. Əks təqdirdə sahibkarlar icra başçısnın adamları tərfindən gözümçıxdıya salınır. Məlumatlı mənbənin bildirdiklərinə görə, Vaqif Abdullayevin Beylaqanda həyata keçirdiyi “islahatlar” rayonunun iqtisadi potensialını, heyvandarlıq kompleksini, müasir taxılçılıq, kiçik və orta həcmli intensiv üzümçülük təsərrüfatlarının bərbad hala düşməsinə səbəb olub. Qarşı tərəfi dinləməyə hazırıq. Geri qayıt |