Əsas Səhifə > Güney Press / Manşet > RAFİL HÜSEYNOV QƏZƏNFƏR AĞAYEVƏ ŞÜKÜR OXUTDURUR
RAFİL HÜSEYNOV QƏZƏNFƏR AĞAYEVƏ ŞÜKÜR OXUTDURUR8-04-2013, 15:45 |
![]() DİA.AZ: - Redaksiyamıza Masallı rayonunda vəziyyətin gərgin olması barədə xəbər daxil olub. Rayon ziyalılarından birinin verdiyi məlumata görə, yerli iş adamlarına son günlər təzyiqlərini artıran Masallının icra başçısı Rafil Hüseynova qarşı bir hərəkətlənmə var. Xatırladaq ki, bir müddət əvvəl Masallının keçmiş başçısı, hazırda Astara rayonuna rəhbərlik edən Qəzənfər Ağayevin obyektləri yerlə-yeksan edilməsi barədə xəbər vermişdik. Rayondakı mənbə DİA.AZ-a bildirir ki, təkcə nüfuzlu adamlar hədəfdə deyil: В«Bu gün onlarla Masallı ziyalısı və iş adamı Rafil Hüseynovun rəhbərliyindən narazıdır. Hətta onun vəzifəsindən alınması üçün prezidentə və Prezident Administrasiyasına dəfələrlə müraciətlər də göndərmişik. Amma nəticəsiz qalıb. Və buna görə də artıq yerli camaat məhz Masallı sakinlərinə xidməti hədəf kimi seçən bir şəxsin başçı göndərilməsi tələbilə aksiya keçirmək qərarına gəliblərВ». Aksiyanın aprel ayının sonlarına təsadüf edəcəyini bildirən rayon ziyalısı onu da əlavə etdi ki, bu gün Masallıda başını qaldıran hər kəs şərlənir: В«Ona görə də ehtiyat etmək zorundayıq. Rafil Hüseynov Qəzənfər Ağayevin atasına rəhmət oxutdurur»… Geri qayıt |