Əsas Səhifə > Şou-biznes > KÖHNƏ PALTARLARININ "AŞİQİ"

KÖHNƏ PALTARLARININ "AŞİQİ"


3-12-2011, 13:28
KÖHNƏ PALTARLARININ "AŞİQİ"

RİANNA: SAÇLAR YENİ, AMMA PALTAR KÖHNƏ

Məşhur amerikalı müğənni Rianna səhnədə hər dəfə fərqli görünməyə çalışsa da, son konsertində bu istəyinə çata bilməyib.

Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, Britaniyanın paytaxtı Londondakı O2 arenasında verdiyi konsertdə səhnəyə sarışın saçla çıxan 23 yaşlı, əslən Barbadosdan olan müğənninin əynində əvvəlki konsertlərindəki bikini vardı.

Saçını rəngləyərək imicini dəyişməyə çalışan müğənni, deyəsən, köhnə paltarlarının "aşiqi"dir.
Rianna Britaniya turnesini elə həmin O2 arenasında dekabrın 20, 21 və 22-də verəcəyi üç konsert şousu ilə başa vuracaq.


Geri qayıt