Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV ƏSAS RƏQİBİNİ NECƏ HƏDƏFƏ ÇEVİRİR
RAMİZ MEHDİYEV ƏSAS RƏQİBİNİ NECƏ HƏDƏFƏ ÇEVİRİR8-04-2013, 10:03 |
ƏLİ ƏSƏDOVA YAXIN ADAMLAR BİZNES PLANLARINDAN VAZ KEÇMƏLİ OLACAQ DİA.AZ: - Hakimiyyət içində qarşıdan gələn prezident seçkiləri ərəfəsində yaranmış gərginlik son günlər daha da şiddətlənib. Bu barədə DİA.AZ-a informasiya ötürən bilgili qaynaq iddia edir ki, son proseslər zamanı hələ də ayaqda olması barədə təəssüratlar yaranan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəqiblərinə qarşı kompromat toplama sevdasına düşməsi və onları təhdid etməyə meyillənməsi heç də uğurlu nəticə verməyib. Mənbənin söylədikləri: «Ramiz Mehdiyevə yaxın olan PA-dakı şəxslər həm müxtəlif şaiyələr yayırlar, həm də konkret olaraq Mehdiyevə əks qütbdə dayanmış Zeynal Nağdəliyevlə Əli Əsədova qarşı kompromat toplamağa çalışırlar». Mənbə iddia edir ki, əsas hədəflərdən biri Əli Əsədovdur: «Onun Ramiz Mehdiyevin yerinə təyin olunma ehtimalları yüksək olduğundan Ramiz Mehdiyev məhz bu rəqibini sıradan çıxarmağa daha çox meyillidir. Son günlər Əli Əsədovun adamları biznes fəaliyyətlərini genişləndiriblər və yeni bulvar ərazisində, həmçinin Dövlət Bayraq Meydanına yaxın ərazilərdə onlara məxsus obyektlər fəaliyyətə başlayıb. Bundan əlavə, Əli Əsədovun Dövlət Bayraq Meydanı ilə üzbəüz binanı satın alaraq, oranı otelə çevirmə təşəbbüsləri də var. Amma bu məsələ yubanır ki, burada da təxribat meyilləri yetərincədir». Mənbəmiz iddia edir ki, bəzi adamlar həmin evlərdə yaşayan sakinlərlə fərdi danışıqlar aparır və bildirirlər ki, binanı Əli Əsədov alır və onun da pulu çoxdur: «Sakinlərə bildirirlər ki, evin kvadratına görə 10 min manat pul tələb etsinlər. Yoxsa köçməsinlər. Çünki ev Dövlət Bayraq Meydanı ilə üzüzədir. Sakinlərin bəziləri də buna uyublar və bu səbəbdən binanın satın alınaraq otelə dönüşdürülməsi işi də yarımçıq qalıb». Mənbəmiz iddia edir ki, hətta sakinlərə bildirilib ki, əgər istədiklərini ala bilməsələr, etiraz etsinlər, yolu kəssinlər, prezident administrasiyasına yürüş etsinlər: «Hər halda, bütün bunlar təxribat kimi dəyərləndirilməlidir. Və bui şin arxasında PA şefinə yaxın şəxslərin dayandığı söylənilir». Geri qayıt |