Əsas Səhifə > Gündəm, Manşet > BİTİB TÜKƏNMƏYƏN GÖMRÜK KORRUPSİYASI

BİTİB TÜKƏNMƏYƏN GÖMRÜK KORRUPSİYASI


23-09-2011, 11:06
BİTİB TÜKƏNMƏYƏN GÖMRÜK KORRUPSİYASI

SAHİBKARLAR AYDIN ƏLİYEVİN İDARƏLƏRİNDƏKİ QANUNSUZLUQLARDAN DANIŞDI

DİA.AZ: - Ölkədə korrupsiyaya qarşı mübarizənin başlamasından sonra vətəndaşlar belə hesab edirdilər ki, işlərini rüşvətsiz həll edəcəkdilər. İnsanlarda illüziya yaranmışdı ki, bundan sonra yol polisi sürücüləri saxlamayacaq, "JEK"lərdə arayışa görə pul almayacaqlar, vergi müfəttişləri mağazaların qapılarını kəsdirməyəcəklər...

Lakin bu çox çəkmədi. "Antikorrupsiya mübarizəsindən" bir neçə gün keçəndən sonra bəlli oldu ki, bütün rüşvətxorlar iş başındadır. Məsələn, korrupsiyaya qarşı mübarizə aparmağa başlanılandan sonra avtomobillərin "rastomojka"sı üçün istənilən qeyri-rəsmi məbləğ yığışdırılmaqdansa, əksinə daha da qaldırılıb. Ölkədə aparılan antikorrupsiya kompaniyasının gömrük məntəqələrində bu şəkildə icra olunması birbaşa qiymətlərdə öz əksini tapır.

Son bir həftədə ölkədə unun qiyməti yenidən artıb. İndi dəyirmanlarda 50 kiloqramlıq un kisəsi 21 manata satılır. Bu isə pərakəndə satışda unun qiymətinin hər kisədə 2-3 manat bahalaşmasına səbəb olub. Sahibkarların sözlərinə görə, unun qiymətinin artmasına səbəb Gömrük Komitəsində bəzi məmurların özbaşınalığıdır. Dövlət başçısının göstərişi ilə ölkəyə gətirilən taxıl məhsullarına qoyulan 18 faizlik ƏDV ləğv edilib. Bu qərardan ruhlanan sahibkarlar ölkəyə külli miqdarda buğda və un gətiriblər. Lakin kömürükdə hər ton taxıl üçün 75, hər ton un üçün isə 100 manat rüşvət alınır.

Bu proses haqda “Dünya” İnformasiya Agentliyini (dia-az.site) məlumatlandıranq sahibkarın sözlərinə görə, qeyri-rəsmi ödəniş yığımını Bakı Şəhər Baş Gömrük İdarəsinin maliyyə taarif şöbəsinin İbrahim adlı müdiri rəhbərlik edir. Sahibkarların sözlərinə görə, hər ton un Azərbaycan sərhədinə 400 dollara gəlir. Əgər kömürükdə sahibkarlardan rüşvət alınmazsa 50 kiloqramlıq un kisəsini 16 manata satmaq mümkündür. Azərbaycan sərhədində buğdanın hər tonunu 316-318 dollara almaq olar. Lakin kömürük işçilərinin qanunsuz hərəkətləri nəticəsində ölkədə taxıl məhsullarının qiyməti durmadan artır.

Gömrük idarələrində sahibkarlara qarşı aparılan bu prosesdə gömrük məmurları Nazirlər Kabineti tərəfindən verilən qərarların gizlədir. Belə ki, Nazirlər Kabineti ölkəyə idxal olunan kənd təsərrüfatı avadanlıqlarına, dəyirmanlara və cins malqaraya qoyulan 18 faizlik ƏDV-nin ləğv edilməsi barədə qərar qəbul edib. Həmin qərara əsasən ölkəyə gətirilən toxum, kənd təsərrüfatı avadanlıqları, dəyirmanlara qoyulan kömürük rusumu və ƏDV ləğv edilib. Lakin Gömrük Komitəsində belə bir qərarın onlara verilmədiyini bildirirlər. Bu qərarın gizlədilməsi, yaxud icra olunmaması yalnız sahibkarlara yox, eyni zamanda Azərbaycana ciddi zərər vurur. Qərara əsasən ölkədə kənd təsərrüfatı avadanlıqlarını, kənd təsərrüfatı məhsulları istehsal edən fabriklər üçün avadanlıqların gətirilməsi asanlaşdırılır. Bu da öz növbəsində ölkədə yeni iş yerlərinin açılması ilə yanaşı kənd təsərrüfatı məhsullarının qiymətinin nəzərə çarpacaq dərəcədə ucuzlaşmasına səbəb olardı. Lakin bir sıra məmurlar hətta dövlətin qəbul etdiyi qərarları gizlətməklə özlərinə əlavə qazanc yeri əldə edirlər.

Eyni korrupsiya prosesi ölkəyə gətirlilən avtomobillərlə bağlı da baş verir. Gömrük Komitəsinin rəhbərliyi artıq ölkəyə avtomobil gətirilməsində baş verən qanunsuzluqların aradan qaldırıldığını iddia edir. Bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov mətbuata açıqlamasında bildirib ki, xaricdən Azərbaycana gətirilən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsində heç kəsdən əlavə rüsum tələb olunmur, hər bir vətəndaş komitənin internet saytına girməklə rüsum və vergiləri özü hesablaya bilər: "Bizim əsas məqsədimiz odur ki, insanlar normal gömrükdən keçsinlər, avtomobilləri üzrə dəqiq rüsumlar alsınlar. Biz buna çalışırıq və bizim yerli idarələrə də məlmat verilib ki, prezidentin tapşırığına əməl etsinlər. Digər tərəfdən əhalinin nəzərinə çatdırıram ki, onlar bizim Komitənin yenilənmiş saytından istifadə etmək, eyni zamanda 192 saylı telefona müraciət etmklə də hər bir məlumatı ala bilərlər. Lazımi düymələri basmaqla onları almaq olar". Amma reallıq gömrük rəsmilərinin sözlərindən tamamilə fərqlənir. Xaricdən avtomobil gətirən sahibkarlar söhbətimizdə bir sıra maraqlı faktlar aşkarladıq. Onlar bildirdilər ki, son iki həftədə şəxsi avtomobil gətirən şəxslər üçün əlavə ödənişlər müəyyən qədər yığışdırılıb. Lakin avtomobil alqı-satqısı ilə məşğul olan sahibkarlar üçün hələ də maneələr qalır. Onlardan rüsumdan əlavə "haqlar" tələb olunur.

Sahibkarların narazı qaldığı ən ümdə məsələ isə Dövlət Gömrük Komitəsinin müəyyənləşdirdiyi rüsumlarla Vergi Məcələlsinin bir-biri ilə ziddiyət təşkimlnə ziddiyyət təşkil edir.

Apardığımız araşdırma zamanı ilginc faktlar aşkar etdik.

Vergi Məcəlləsinin 155 maddəsinin 1-ci bəndinə görə, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150 min manatdan artıq olan hüquqi və 90 min manatdan artıq olan fiziki şəxslər həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Lakin Dövlət Gömrük Komitəsi qanunun ziddinə gedir. Xaricdən avtomobil gətirən hər bir şəxsdən maşının qiymətindən və dövriyəsindən asılı olmayaraq, ƏDV tutulur. Məsələn, rusum.az saytında qoyulan kalkulyator hesabına hər bir şəxs istənilən avtomobil üçün ödəyəcəyi vergini hesablaya bilər. Belə ki sayta daxil olarkən "nəqliyyat vasitələri üçün gömrük tarifləri kalkulyatoru" bölməsində köhnə avtomobillər hissəsində alınan avtomobil üçün nə qədər vergi ödəməli lazım olduğunu hesablamaq olur. Mühərriyyə 2 min kub, qiyməti 10 min manat olan avtomobil üçün 1708 manat ƏDV, 1120 manat gömrük rüsumu, 300 manat isə aksiz vergisi göstərilir. Halbuki, xaricdən avtomobil gətirən şəxs cəmisi 1420 manat ödəməlidir. Çünki maşının qiyməti 90 min manatı ötməyib. Belə olan halda 10 min manatlıq avtomobildən ƏDV-nin tutulması qanunsuz hesab olunur.

Qanunla ziddiyyət təşkil edən əməl hesabına sahibkarları və vətəndaşları talan edirlər. Xaricdən 10 min manatlıq avtomobil gətirən şəxsdən 1708 manat ƏDV tutulması açıq soyğunçuluqdur.


Geri qayıt