Əsas Səhifə > Ölkə, Manşet > DAHA BİR NAZİR YOL ÜSTÜNDƏ

DAHA BİR NAZİR YOL ÜSTÜNDƏ


2-12-2011, 16:06
DAHA BİR NAZİR YOL ÜSTÜNDƏ

REKTOR VƏZİFƏYƏ GƏTİRİLƏNDƏN SONRA İSLAHATLAR APARACAQ

DİA.AZ: - Bir müddət əvvəl mətbuatda belə bir xəbər yayıldı ki, Azərbaycanın xarici siyasət idarəsində də rəhbər dəyişikliyi həyata keçiriləcək. Yəni söhbət Elmar Məmmədyarovun görəvindən ayrılacağı ilə bağlı idi. Lakin sonradan bu məlumat öz təsdiqini tapmadı. Xatırladaq ki, sözügedən informasiyalar dövrü mətbuatda prezidentlərin Soçi görüşü ərəfəsində ötürülmüşdü.

Amma buna baxmayaraq, Elmar Məmmədyarovun bir başqa şəxslə əvəzlənəcəyi məsələsi gündəmdən yığışmadı. Bu gün də redaksiyamıza çox etibarlı qaynaqlardan XİN başçısı ilə bağlı xəbərlər daxil olub. Məlum olur ki, xarici işlər naziri postuna həqiqətən də yeni bir kadr hazırlanır.

Mötəbər mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) bildirdiklərindən aydın olur ki, Elmar Məmmədyarovu Səməd Seyidov əvəzləyə bilər. Məlumata görə, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidovaun namizədliyi birbaşa olaraq prezident tərəfindən irəli sürülüb:

«Doğrudur, Səməd Seyidova biz hələlik ehtiyatda olan nazir kimi yanaşa bilərik. Çünki Elmar Məmmədyarovun hələlik gələn ilin may ayına qədər öz postunda saxlanılması qərarlaşdırılıb. Amma yenə də dəyişiklik olacaq».

Mənbə bildirdi ki, Səməd Seyidova nazir olduqdan sonra əlavə səlahiyyətlər də tanınacaq: «Məlumdur ki, bu gün Azərbaycanda XİN başçısı postu kifayət qədər strateji və mühüm post hesab olunur. Bu baxımdan Azərbaycanda xarici siyasət idarəsində peşəkarlara ehtiyac çoxdur. Doğrudur, hələlik bu istiqamətdə ciddi böhran olmasa da, hər halda, yeni kadrlara ehtiyac var».

Mənbə bildirir ki, xarici işlər nazirliyində Səməd Seyidova ciddi kadr islahatları həyata keçirə bilməsi üçün də fürsət yaradılacaq: «Bu gün Avropada təhsil alıb gəlmiş yetərincə kadrlar var. Onlardan istifadə olunmalıdır. Və səməd müəllim də bu yöndə görəvləndiriləcək».


Geri qayıt