Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLAR «FACEBOOK»UN BƏLASINA KEÇİBLƏR
MƏMURLAR «FACEBOOK»UN BƏLASINA KEÇİBLƏR6-04-2013, 09:42 |
ARAŞDIRILAN TƏKCƏ MÜXALİFLƏR DEYİL: FAKTLAR ŞANTAJA APARIR DİA.AZ: - Son zamanlar hüquq-mühaizə orqanlarının sosial şəbəkələrdə, xüsusən də «Facebook» səhifələrində tarama apardığı ardından baş verən olaylardan da aydındır. Söhbət məhz «Facebook»dakı fəaliyyətindən dolayı adamların həbs olunması, təhdid edilməsi və digər bu kimi əməllərdən gedir. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, «Facebook» həm də bəzi işbazlar üçün şantaj vasitəsinə də çevrilib. Redaksiyamızın elektron poçtuna göndərilən informasiyada deyilir: «Artıq elə bir mərhələ yetişib ki, müxalifət fikirli gənclərlə yanaşı, «Facebook»da olan məmurlar da araşdırılıb. Və onların sosial şəbəkədəki özəl bilgiləri və özəl danışıqları bəlkə də onlara problem yarada bilər. Çünki həmin informasiyalardan şantaj üçün istifadə edilmə ehtimalları yüksəkdir». Xatırladaq ki, bir müddət əvvəl sauna və istirahət mərkəzlərində quraşdırılan gizli kameralar vasitəsilə neçə-neçə məmuru, iş adamını şantaj edərək pullarının alınması faktı dəfələrlə yayılıb. Və indi də anoloji qaydada «Facebook» kimlər üçünsə şantaj vasitəsi rolunu oynamaqdadır. Məlumatı verən mənbə maraqlı bir faktı da açıqlayıb ki, artıq iki nüfuzlu məmurun yaxın adamları məhz «Facebook»dakı özəl yazışmalarının güdazına gediblər. Geri qayıt |