Əsas Səhifə > Ölkə > ETİRAZÇI GƏNCLƏR DÖYÜLDÜ

ETİRAZÇI GƏNCLƏR DÖYÜLDÜ


2-12-2011, 15:06
ETİRAZÇI GƏNCLƏR DÖYÜLDÜ

TAĞI ƏHMƏDOVA QARŞI AKSİYANI MÜLKİ GEYİMLİLƏR DAĞIDIB

Bu gün bir qrup gənc dekabrın 1-dən Bakı metrosunda gediş haqqının artırılmasına etiraz olaraq aksiya keçirib.

Əvvəlcə gənclər “Sahil” parkında toplaşıblar. Onlar “Səs salma yatanlar ayılar, qoy, hələ yatsın” ironik şüarını səsləndiriblər.

Bu sarkazm son iki ildə gediş haqqının kəskin artmasına baxmayaraq, əhalinin bunu sükutla qarşılaması ilə bağlı ifadə olunub.

Belə ki, 2009-cu il oktyabrın 1-də gediş haqqı 3 dəfə - 5 qəpikdən 15 qəpiyə, hazırda isə 15 qəpikdən 20 qəpiyə qaldırılıb.

Gənclər “Sahil” metro stansiyasında da analoji aksiya keçirərək “28 May” stansiyasına doğru gediblər. Demokratik Gənclər Təşkilatının rəhbəri Rövşən Əsədov platformada mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Gəncə fiziki təzyiq göstərilib.


Geri qayıt