Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVDƏN KİMLƏR VƏ NƏDƏN EHTİYAT EDİR?

RAMİZ MEHDİYEVDƏN KİMLƏR VƏ NƏDƏN EHTİYAT EDİR?


4-04-2013, 11:35
RAMİZ MEHDİYEVDƏN KİMLƏR VƏ NƏDƏN EHTİYAT EDİR?
PA ŞEFİ BU GÜN ƏVVƏLKİ ƏZƏMƏTİNDƏ OLSA DA, ONUN GEDİŞİ QAÇILMAZDIR

DİA.AZ: - «Ramiz Mehdiyev yenidən bütün proseslərə nəzarət edir və yenə də vəziyyət onun kontrolu altındadır». Bu ilginc açıqlamanı DİA.AZ-a Prezident Administrasiyasındakı (PA) mötəbər mənbələr öbtürüb. Xəbəri verən qaynağın bildirdiyinə görə, PA şefi keçmiş ABU rektoru Elşad Abdullayevin məlum videobombardmanı nəticəsində böyük nüfuz itkisinə məruz qalsa da, hələ də əsas güc mərkəzi olmaqla yanaşı, son baş verən prosesləri də nəzarəti altında saxlayır.

Mənbənin söylədikləri: «Demokratiya ilə bağlı məşhur ifadədə necə ki deyilir, demokratiya ən pis idarəetmə üsuludur, amma insanlıq bundan yaxşısını icad etməyib.. eləcə də Ramiz Mehdiyevə hakimiyyət bu şəkildə yanaşır. Yəni iqtidar düşərgəsi üçün Ramiz Mehdiyevdən yaxşısını tapmaq bir yana, onu əvəz edə biləcək şəxsi müəyyən etmək çox çətin olduğundan hələ də 70-ni çoxdan haqlamış PA şefinin «ağsaqqal məsləhəti» hakim düşərgə üçün vacibdir».

Daha sonra DİA.AZ-ın elektron poçtuna göndərdiyi məktubunda mənbə iddia edir ki, amma Ramiz Mehdiyevdən imtina qərarı dəyişməzdir: «Bu qədər aparılan proses kifayət qədər effekt verib. Ona görə də Ramiz Mehdiyevlə bağlı planı olan, onun gedişinə çalışan iqtidariçi qüvvələr prosesi yarıda durdurub, fərqli siyasətə baş vurmazlar. Çünki bu məsələ həm də Qərbin marağında olan bir hadisədir. Bu gün Qərb Azərbaycanı Rusiyaya bağlayan tellərin qırılmasını sifariş edir. Bu «tellərin» əhəmiyyətli hissəsini isə Ramiz Mehdiyev təşkil edir.

Hətta bu plana təpgi göstərən Kreml də böyük çaba sərf edərək adamının mövqelərini qorumaqdadır. Qosqoca maraqların toqquşması fonunda «nədən Ramiz Mehdiyevi elə bu gün çıxarmırlar» sualını vermək əslində savadsızlığın təzahürüdür. Ramiz Mehdiyev gedəcək. Amma bu gedişin ağrısız həyata keçirilməsi onun gedişindən daha çox aktual hesab olunduğundan ehtiyatlı davranışa üstünlük verilir».

Geri qayıt