Əsas Səhifə > Gündəm, Manşet > MƏMURLARIMIZ EKSTRASENS QAPILARINDA QALIB
MƏMURLARIMIZ EKSTRASENS QAPILARINDA QALIB4-04-2013, 08:57 |
GƏLƏCƏYİNİ BİLMƏK ŞÖVQÜ BƏZİLƏRİNİ ÖLKƏ XARİCİNƏ DƏ ÇƏKİB APARIB DİA.AZ: - Qarşıdan seçkilər gəlir. Bu seçki ilində hakimiyyətin yuxarı eşalonu ilə yanaşı, orta heyətində də ciddi yenilənmələrin baş verəcəyi şübhəsizdir. Elə bu şübhəsizlik mühitinin təsiridir ki, az qala yüzlərlə məmurun həyəcan içində öz aqibətlərinin hansı axarla inkişaf edəcəyi marağında olduğu söylənilir. DİA.AZ-ın əldə etdiyi bilgilərdən belə məlum olur ki, məhz qeyd olunan əndişə nədənindən, gələcəyini öyrənməyə daha həvəsli olan məmurlar bəlkə də dəstə-dəstə falçı, ekstrasens qəbuluna tələsirlər. Mənbəmizin söylədikləri: «Bu gün «məmur xəstəliyi» deyilən məfhumlar peyda olub. Yəni Azərbaycanda məmursansa, şəkər, qan təzyiqi, nevroz kimi xəstəliklərdən birinə mütləq tutulmalısan ki, bu səbəbdən hər üç xəstəliyə «məmur xəstəliyi» deyilir. Yəni hər zaman həyəcan və gərginlik içində olan məmur heyəti bu seçki ilində daha təlaşlı görünür ki, bu da anlaşılandır. Yəni son aylarda cərəyan edən olaylar və bu olaylar fonunda hətta dünənə qədər sözünün kəsəri ilə fərqlənmiş bir deputatın qollarının qandallanması faktı da təsdiqlədi ki, kimsə üçün vəzifəsi əbədi deyil və kiminsə mandatının arxasında gizlənməsi də imkansızdır». Mənbəmiz əlavə etdi ki, məhz bu kimi səbəblər son günlər falçıları və ekstrasensləri məmur heyəti üçün cəlb edici edib: «Bu gün hətta çox ciddi və nüfuzlu məmurlar da «öncəgörən servisi»nə müraciət edir. Burada ad çəkməyə lüzum yoxdur. Amma faktdır ki, hətta Zirəddinin yanınan Moskvaya gedənlər də var. Hətta eləsi də var ki, özü açığa çıxmayıb, sadəcə olaraq şəklini yollayıb, gələcəyini araşdırtdırır». Hər halda, biz də məmurlarımızın narahatçılığını başa düşürük. Amma onların belə bir əndişədə yalnız indiki məqamda yox, hər zaman bulunmaları daha doğru olmazdımı? Çünki daha böyük sınaq - Allah qarşısında sınaq da var axı… Nədən bu sınağın qorxusu ilə yaşamırlar? Ola bilsin ki, bu gün hansısa formada etdiklərinin müqabilini ödəmədin, amma Allah dərgahında bu «olabilsinlər» yoxdur… Geri qayıt |