Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOV AZƏRBAYCANI TƏRK EDİR
MİSİR MƏRDANOV AZƏRBAYCANI TƏRK EDİR3-04-2013, 16:41 |
![]() DİA.AZ: - Redaksiyamıza maraqlı bir məlumat daxil olub. Mötəbər mənbələrdən daxil olan informasiyaya görə, təhsil naziri Misir Mərdanov mülklərini satışa çıxarmaqla bərabər ölkəni tərk etməyə hazırlaşır. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, nazir bir müddətdir ki, Azərbaycanda olan mülk və obyektlərinə müştəri axtarır. Misir Mərdanovun əmlakını satması vəzifədə qalması üçün üzərinə iri öhdəliklər qoyulması ilə izah edilir. Lakin bəzi məlumatlara görə, Misir Mərdanov 2013-cü il prezident seçkisindən sonra vəzifədən gedəcəyindən ehtiyat edərək əmlakının əlindən çıxacağını düşünür. Bu baxımdan da indidən onları sataraq pula çevirir. Obyekt və mülklərinin satışından əldə olunun vəsaiti isə təhsil naziri götürüb Avropa üz tutmaq niyyətindədir. Onu da bildirək ki, Misir Mərdanovun yerinə təyin ediləcək şəxsin kimliyi barədə də dəqiqləşmələr aparılıb. Bununla bağlı bir neçə gün əvvəl xəbər yaymışdıq. Həmin şəxsin Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov olduğu deyilir. Yəni bu o deməkdir ki, yenə də TN-yə rəhbər BDU-dan gələcək... Geri qayıt |