Əsas Səhifə > Güney Press > XAMNEİNİN NÜMAYƏNDƏSİ HAMIMIZI GÜLDÜRDÜ
XAMNEİNİN NÜMAYƏNDƏSİ HAMIMIZI GÜLDÜRDÜ3-04-2013, 16:25 |
![]() İran dini liderlərinin nümayəndəsi Azərbaycana qarşı təxribata əl atıb. Modern.az FarsNews agentliyinə istinadən bildirir ki, Seyid Əli Xamneinin “Keyxan” ictimai-siyasi qəzetindəki nümayəndəsi və həmin nəşrin direktoru Hüseyn Şəriətmədari qeyd edib ki, Azərbaycan referendum vasitəsilə İrana birləşdirilməlidir. “Azərbaycanın əhalisinin əksəriyyətini şiə təriqətinə mənsub insanlar təşkil edir. Buna görə də Azərbaycan İranın tərkibinə daxil olmalı və bunu referendum vasitəsilə həyata keçirməlidir. Bununla bağlı İran Azərbaycan hökumətinə təklif göndərməli və bu müzakirə edilməlidir”. DİA.AZ-dan: Belə yerdə deyərlər ey, utanmasan, oynamağa nə var... Belə şiəpərəstsinizsə, belə din vurğunusunuzsa, o zaman imkan verin Güney Azərbaycanda referendum keçirilsin və oradakı Azərbaycan türkləri qərar versinlər ki, İran adlanan məkanda qalmaq istəyirlər, yoxsa Quezey Azərbaycana birləşmək... Geri qayıt |