Əsas Səhifə > Güney Press / Manşet > ABŞERONUN İCRA BAŞÇISININ SƏHHƏTİ AĞIRDIR

ABŞERONUN İCRA BAŞÇISININ SƏHHƏTİ AĞIRDIR


3-04-2013, 16:14
ABŞERONUN İCRA BAŞÇISININ SƏHHƏTİ AĞIRDIR
DİA.AZ: - Abşeronun icra başçısı Zakir Fərəcovun tez-tez ölkənin tərk etməsini səbəbi dəqiqləşib. Rayon rəhbərinin səhhətində çox ciddi problemlər var.

DİA.AZ bildirir ki, bu barədə mia.az xəbər yayıb. Portala daxil olan məlumatda bildirilir ki, Zakir Fərəcov səhhətindəki problemlər üzündən tez-tez xaricə gedir: В«Onun Almaniyada müalicə olunduğu haqda məlumatlar da var. Yaxınları Zakir müəllimin ürək, qan-damar sistemində sıxıntıların olduğunu deyir. Ancaq icra başçısının qan xəstəliyindən əziyyət çəkdiyini iddia edənlər də var. Bildirilir ki, Zakir Fərəcov xaricə tez-tez gedişi qan köçürülməsi ilə əlaqəlidirВ».

Məlumata görə, Zakir Fərəcovun səhhətindəki problemlər ötən ilin əvvəllərindən güclənib: В«Xatırlayırsınızsa, ötən il Abşeronda, əsasən də Xırdalan şəhərində xeyli mağaza və digər ticarət obyektləri abadlaşdırma adı altında söküldü. Zakir Fərəcov həmin ərəfədə elə bir vəziyyətdə idi ki, o, bu işlərə rəhbərlik edə bilmirdi. Hətta obyektləri sökülən sahibkarlara bunun əvəzində kompensasiya şəkilində verilən torpaq sahələri üzərində də onun sərəncamı olmayıb. Fərəcovun əvəzinə həmin sərəncamları Başçının müavini, həm də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində olan İradə Gülməmmədova imzalayıb. Bəziləri bunu Zakir Fərəcovun gələcəkdə özünü gözləyən təhlükədən sığortalanmaq cəhdi kimi dəyərləndirsə də, əslində, onun həmin ərəfədə səhhəti daha ağır olub. Elə buna görə də xaric də olubВ».

Müsahibimiz deyir ki, Zakir Fərəcovun səhhətində yaranmış problemlər onun faydalı iş əmsalını da aşağı salıb: В«O, əvvəlki güc və enerji ilə işləyə bilmir. Məcbur qalaraq gündəlik idarəetməni və müəyyən işləri İradə Gülməmmədovaya həvalə edib. Bu isə onun yerinə iddialıları sevdalandırıb. Artıq onun postuna bir neçə namizəd də var. Həmin namizədlərdən ikisi isə icra başçısının müavini postunu tuturВ».

Məlumatla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik.

Geri qayıt