Əsas Səhifə > Güney Press / Manşet > DAHA İKİ BANKIN BAĞLANMASI GÖZLƏNİLİR

DAHA İKİ BANKIN BAĞLANMASI GÖZLƏNİLİR


3-04-2013, 15:49
DAHA İKİ BANKIN BAĞLANMASI GÖZLƏNİLİR
DİA.AZ: - В«Bu seçki ilində bir sıra sahələrlə yanaşı, bank sektorunda da təlatümlü hadisələr yaşanılacaqВ». Bu barədə məlumatı DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlar ötürüb. Mənbə iddia edir ki, əslində keçən il başlanılan işin bu il davamı gözlənilir:

В«Bu gün Azərbaycana qarşı mövqeyi ilə diqqətə gələn fars-molla rejiminin ölkəmizdəki iqtisadi rıçaqlarına qarşı müəyyən addımlar atılsa da, bu proses В«RoyalBankВ»ın bağlanması ilə məhdudlaşdı. Halbuki sözügedən şəbəkə böyükdür və məşhur В«VikiLiksВ» təşkilatı tərəfindən açıqlanan faktlarda da bu məqama xüsusi yer ayrılmışdıВ».

Xatırladaq ki, Culian Assancın təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə Azərbaycanda İranın xüsusi xidmət orqanları ilə əlaqəsi olan, əslən iranlı Türkiyə vətəndaşlığı daşıyan Oromi qardaşlarının böyük biznes şəbəkəsi barədə məlumatlar yer almışdı və bildirilirdi ki, В«Bank of BakuВ», В«Xalq BankВ», В«Royal BankВ»la bu şəbəkə bank sektorunda təmsil olunur. Bundan əlavə Oromi qardaşlarının В«Baku ElectronicsВ», В«Hyundai Auto AzerbaijanВ» və digər bu kimi şirkətlərinin də sahibi olduğu söylənilirdi. Lakin buna rəğmən Azərbaycan dövlətinə qarşı düşmən mövqeyini gizlətməyən mollaların ölkəmizdəki iqtisadi qollarından yalnız В«Royal BankВ» budandı.

Bu barədə danışan mənbəmizin iddialarından belə aydın olunur ki, proses hələ bitməyib: В«Ola bilsin ki, seçkilərin yaxınlaşması və yaxud da digər siyasi məsələlərin qızışması bu məsələni arxa plana keçirdi. Amma seçkilərə qədər daha iki bankın fəaliyyətini dayandırması gözlənilirВ».

Mənbəmiz bildirdi ki, bu dəfə В«VikiLiksВ» təşkilatının İrana caladıcı digər iki bank - В«Bank of BakuВ» ilə В«Xalq BankВ» barədə ölçü götürüləcək: В«Amma В«Royal BankВ»la bağlı məsələdə olduğu kimi davranılmayacaq. Bu iki bankın bazası əsasında yeni bank yaradılacaq. Çünki bu gün В«Bank of BakuВ»nun böyük bir kreditor ordusu var. Eynilə də В«Xalq BankВ» çox ciddi layihələrdədir. Belə olan təqdirdə В«Royal BankВ»la bağlı yaşanan problemin təkrarlanmaması üçün budanacaq В«iran qollarınınВ» yerində yeni bank fəaliyyətə başlayacaq ki, bu yeni bank da hər iki bankın borcuna da, alacağına da sahib çıxacaqВ».

Geri qayıt