Əsas Səhifə > Cəmiyyət > MONİTORİNQ QRUPU HESABAT VERİB

MONİTORİNQ QRUPU HESABAT VERİB


2-12-2011, 12:41
MONİTORİNQ QRUPU HESABAT VERİB

QURUM SOSİAL HÜQUQLARI ARAŞDIRIR

DİA.AZ: - Sosial Hüquqların Monitorinq Qrupu (SHMQ) dekabrın 1-də mətbuat konfransı keçirib. Bu barədə Sosial Hüquqlarin Monitorinq Qrupunun mətbuat xidmətinin rəhbəri Peyman Sadıqov DİA.AZ-a məlumat verilib.

Məlumata əsasən, mətbuat konfransı SHMQ-nin ölkə ərazisində apardığı monitorinqlə bağlıdır. Belə ki, təsis olunduğu gündən bu günə qədər SHMQ ölkədə sosial hüquqlarla bağlı bir sıra monitorinqlər aparıb. Monitorinqlərin nəticələrini ictimailəşdirmək məqsədi dekabrın 1-də saat 12:00-da Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirib.

Qeyd edək ki, tədbirdə regionların sosial vəziyyəti barədə müzakirələr aparılıb.

Bildiyiniz kimi Sosial Hüquqların Monitorinq Qrupu (SHMQ) Dövlət başçısı İlham Əliyev cənablarının İctimai Nəzarət Gücləndirilməlidir bəyanatından sonra 2011-ci il may ayının 26-da təsis edilmişdir.Təsis olunduğu tarixdən bu günə qədər ölkədə Sosial Hüquqlarla bağlı monitorinqlər aparmışdır və 2011-ci il üçün Respublikanın bir çox bölgələrində monitorinqlərini artıq bitirmişdir. Monitorinqlərin nəticələri SHMQ tərəfindən ictimailəşdirilmək məqsədi və Regionlarda Sosial Vəziyyətlə bağlı dekabr ayının 1-də saat 12:00-da Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirilib.Toplantıda bir çox nazirlik və komitə nümayəndələri də iştirak ediblər.


Geri qayıt