Əsas Səhifə > Dünya > XAMNEYİNİ TƏHQİR EDƏN SOYDAŞIMIZI ASACAQLAR

XAMNEYİNİ TƏHQİR EDƏN SOYDAŞIMIZI ASACAQLAR


2-12-2011, 12:23
XAMNEYİNİ TƏHQİR EDƏN SOYDAŞIMIZI ASACAQLAR

ƏRDƏBİL MƏHKƏMƏSİ BU HÖKMÜ VERİB

Ərdəbil Məhkəməsi azərbaycanlını edam cəzasına məhkum edib.

APA-nın məlumatına görə, Kərim Əzizi İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyini və İslam dinini təhqir etməkdə günahlandırılıb. Hökm bir ay içərisində icra ediləcək.

Qeyd edək ki, Kərim Əzizi sahib olduğu ərazini İran İslam İnqilabı Mühafizə Korpusunun (“Sepah”) məmurundan alarkən aralarında münaqişə yaranıb. Nəticədə tərəflər problemi məhkəmədə həll etməli olublar. “Sepah” məmuru azərbaycanlının mübahisə zamanı dediyi sözləri lentə alıb və onu məhkəməyə dəlil kimi təqdim edib. Ərdəbil Məhkəməsi də həmin sübuta əsaslanaraq, Kərim Əzizi barəsində edam hökmü çıxarıb.


Geri qayıt