Əsas Səhifə > Gündəm, Manşet > AĞSU TƏHSİLİNİN ŞƏRİKSİZ İMPERATORU KİMDİR?

AĞSU TƏHSİLİNİN ŞƏRİKSİZ İMPERATORU KİMDİR?


3-04-2013, 11:10
AĞSU TƏHSİLİNİN ŞƏRİKSİZ İMPERATORU KİMDİR?
TAHİR XASIYEV ADLI ŞƏXS RAYON TƏHSİLİNƏ ÖZ DÜKANI KİMİ YANAŞIR

DİA.AZ: - Ağsu rayon təhsil şöbəsində biabırçı vəziyyət yaranıb. Bu barədə sözü gedən rayondan DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Ağsu təhsil şöbəsinin müdiri Tahir Xasıyev rayonun təhsil sistemini ifliz vəziyyətə salıb. Belə ki, Tahir Xasıyev Ağsu rayon Təhsil Şöbəsinə müdir təyin olunandan sonra rayon məktəblərində tədrisin səviyyəsi həddindən artıq aşağı düşüb. Şöbə müdiri bütün müəllimləri demək olar ki, canını boğazına yığıb. Müəllimlərin Tahir Xasıyevin əlindən imdad diləməsinin səbəbinə gəlincə isə onlardan hər ay qeyri-qanuni pulların toplanmasıdır.

Məlumatlarda həmçinin bildirilir ki, şöbə müdiri rayonda 5 və 78 kənd məktəbinə aylıq “taksa” qoyub. Bu “taksa”nın məbləği isə hər məktəblərdən 1000-2000 civarında pul toplanır. Tahir Xasıyev bütün məktəb direktorlarına əmr edib ki, onlar ay ərzində şöbə müdirinə 1000-2000 manat gətirməlidir. Yəni, ibtidai və digər az müəllimi olan məktəb direktoru 1000, orta məktəblər isə 2000 manat Tahir Xasıyevə "ödəməlidir". Əks təqdirdə direktorlar tutduğu vəzifələrindən qovulacaqları ilə hədələnirlər. Və yaxud da pul verməyən məktəblərdə dərs saatları aşağı salınır. Vəzifəsindən və şərlənməyindən qorxan məktəb direktorları isə Tahir Xasıyevin hədə-qorxuları qarşısında məcbur qalıb həmin məbləği şöbə müdirinə hər ay ödəməli olurlar.

DİA.AZ-a mənbənin bildirdiyinə görə, məktəb direktorları həmin məbləği müəllimlərin aylıq maaşlarından tutmalı olur. Direktorları hə ay hər müəllimlərin əmək haqqından 10-20 manat civarında tutmaqla bu məbləğin bir hissəsini düzəldə bilirlər. Qalan məbləğ isə şagirdlərdən yığılan vasait hesabına şöbə müdiri Tahir Xasıyevə cibinə gedir.

Mənbə bu məsələ ilə bağlı bildirir ki, müəllimlər məktəb direktorlarına etiraz etsələr də, bir nəticəsi olmayıb. Hətta etiraz edən müəllimlər təhsil şöbəsinin qəzəbinə gəlib. Məktəbə təşrif buyuran Tahir Xasıyev etiraz edən bir neçə müəllimi şagirdlərin qarşısında təhqir edib. Elə bu səbəbdən də artıq digər müəllimlər T.Xasıyevin qəzəbinə və təhqirlərə məruz qalmaması üçün susmağa üstünlük veriblər.

Daha sonra mənbə qeyd edir ki, şöbə müdiri bu üsulla hər ay məktəb direktorlarından 150 min manata qədər rüşvət alır. Nədənsə bundan gözü doymayan T.Xasıyev daha orjinal maxinasiyalara da əl atıb. Belə ki, şöbə müdiri orta məktəblərin kompüterlərlə təminatından da qazanc məqsədi kimi istifadə edir. Məlumatlara görə, orta məktəblərə verilən komputerlər Tahir Xasıyev tərəfindən ikiqat azaldılıb. Hər orta məktəbə 8-10 komputer dəsti verilməsinə baxmayaraq Tahir Xasıyev həmin komputerləri özünə götürməklə məktəblərin hər birinə 3-5 komputer verib. Qalan komputerləri isə şöbə müdiri şəxsi maraqlarına uyğun rayonda və Bakıda fəaliyyət göstərən özünün bir neçə internet klublarında yerləşdirib. Həmin internet klublar isə Tahir Xasıyevin yaxın qohumlarının nəzarətində olduğu bildirilir. Təkcə Sumqayıt şəhərində Tahir Xasıyevə məxsus 5, Bakıda 2 internet klubun fəaliyyət göstərdiyi deyilir. Ağsu rayonunda fəaliyyət göstərən bir neçə internet klublara gəlincə isə onları Tahir Xasıyevin oğlu idarə edir.

Ağsu rayon təhsil şöbəsinin müdiri Tahir Xasıyevin digər özbaşınalıqları barədə də redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlara görə, bir müddət əvvəl T.Xasıyevin korrupsioner əməllərindən xəbər tutu rayonun icra başçısı Ənvər Seyidəliyev ona bu yaxınlarda xəbərdarlıq edib. Amma bunlara baxmayaraq T.Xasıyev icra başçısının xəbərdarlığını qulaqardına vurub.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt